Yüksək Təhsil Mərkəzi

20-11-2024
ytm-3-copy.jpeg

YÜKSƏK TƏHSİL MƏRKƏZİ  

Bakı Slavyan Universitetində tədqiqat proseslərinin optimallaşdırılması və elmi fəaliyyətinin davamlılığını, habelə, tədqiqatların tədris prosesinə inteqrasiyasını təmin etmək məqsədi ilə, 14 sentyabr 2023-cü il tarixində rektorun 99 nömrəli əmri ilə Yüksək təhsil mərkəzi yaradılmışdır. Yüksək təhsil mərkəzi Azərbaycan Respublikasının qüvvədə olan normativ-hüquqi aktlarına, eləcədə, Bakı Slavyan Universitetinin 38 nömrəli 08.02.2001-ci il tarixli Nizamnaməsinə, 2023-2030-cu illər üçün Strateji İnkişaf Planına (BSU SİP-2030), 28.12.2023-cü il tarixli (protokol №4) Elmi-Tədqiqat Strategiyasına, 03.11.2023-cü il tarixli   Əsasnaməsinə və, Universitetin Elmi Şurasının və rektorun qərar və sərəncamlarına müvafiq olaraq fəaliyyət göstərir.  

YÜKSƏK TƏHSİL MƏRKƏZİN MƏQSƏDİ   

Mərkəzin əsas məqsədi, Universitetin elmi-tədqiqat fəaliyyətinin inkişafını təmin etmək, beynəlxalq standartlara uyğun tədqiqat proqramları həyata keçirmək, elmi tədqiqat nəticələrini tədris prosesinə və əmək bazarına inteqrasiya edərək, yüksək ixtisaslı və peşəkar kadrların yetişdirilməsini dəstəkləməkdir. Bu məqsəd çərçivəsində, universitetin elmi potensialının gücləndirilməsi, beynəlxalq əməkdaşlığın artırılması və təhsil sahəsində müasir yanaşmaların tətbiqi ön planda durur.  

YÜKSƏK TƏHSİL MƏRKƏZİN VƏZİFƏLƏRİ  

  • Elmi-tədqiqat potensialın inkişafı və davamlı tədqiqat mühitinin gücləndirilməsi.  

  • Elmi-tədqiqat fəaliyyətinin beynəlmiləlləşməsi.  

  • Elmi tədqiqat fəaliyyətinin nəticələrinin tədris prosesinə və əmək bazarına inteqrasiyası.  

  • Elmi nəşrlərinin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi.  

  • Ali təhsilin magistratura və doktorantura pillələrində, həmçinin, əlavə təhsilin təşkilində beynəlxalq standartlara və “Boloniya prosesi” prinsiplərinə cavab verən təhsilin tədbiqi.  

  • Magistrant və doktorantların elmi tədqiqatlarının beynəlxalq nüfuzlu jurnallarda nəşr edilməsinin dəstəklənməsi.  

  • Gənc tədqiqatçılar üçün ölkə və beynəlxalq miqyaslı konfrans, seminar və elmi diskussiyaların təşkil edilməsi.  

  • Universitetin akademik və inzibati işçi heyəti üçün ixtisasartırma və təkmilləşdirmə kurslarının təşkil edilməsi.  

  • Dövlət və özəl sektor müəssisələrinin sifarişi əsasında tədqiqatların aparılması, layihələrin hazırlanması və təlimlərin təşkil edilməsi.  

image-153.png

YÜKSƏK TƏHS İ L MƏRKƏZİ İLƏ ƏLAQƏ  

AZ1014, Azərbaycan, Bakı, S. Rüstəm küçəsi 33  

+994 12 5990870 (519), +994 55 2425050  

www.bsu-uni.edu.az