Ümumi şöbə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyati institutu yarandıqda dəftərxana kimi, 2001-ciildən isə Ümumi şöbə kimi fəaliyyət göstərir.
Ümumi şöbə öz fəaliyyətində aşağıdakıları rəhbər tutur:
1.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015- ci il 14 iyul
tarixli 569 nömrəli Fərmanı ilə kargüzarlığın aparılmasına dair təlimat;
2.Azərbaycan Respublikası Prezident Administrasiyası tərəfindən verilən
sərəncamlar;
3.Qüvvədə olan qanunvericiliyi;
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və göstərişləri;
5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sərəncamverici
sənədləri;
6. Ümumi şöbənin əsasnaməsi.
Ümumi şöbənin vəzifəsi Universitet daxilində kargüzarlıq xidmətinin dəqiq təşkilinin təmin edilməsidir.
Rektorun sərəncam və əmrləri Ümumi şöbə tərəfindən rəsmiləşdirilir və müvafıq bölmələrə göndərilir. Rəhbərlik tərəfındən imzalanan məktub və müvafıq sənədlər Ümumi şöbədə qeydiyyata alınır və aidiyyatı üzrə çatdırılır. Ümumi şöbə kargüzarlığın aparılması, korrespondensiyanın təqdim edilməsinin müəyyən olunmuş qaydasına riayət edilməsi, bu sahədə universitetin struktur bölmələrinə yardım göstərilməsi, habelə təlimata əməl edilməsinə nəzarəti həyata keçirir və kargüzarlıq xidmətində aşağıdakı əsas vəzifələri yerinə yetirir
Kargüzarlıq xidmətinin əsas vəzifələri aşağıdakılardir:
Poçt,elektron poçt, telefonoqramm və kargüzarlıq xidmətinə bilavasitə daxil olan sənədləri qəbul etmək,qeydə almaq və rektora məruzə üçün təqdim edir;
Daxil olan sənədləri qəbul edir, qeydə alır, aidiyyatı üzrə bölüşdürülür və icraçılara çatdırılır;
Sənədləri təyinatı üzrə göndərilməsini təmin edir;
Əmrlərin qeydiyyata alınması,rəsmiləşdirilməsi və müvafiq şöbələrə elektron poçtla göndərilməsini təmin edir;
Təlimatın tələblərinə uyğun,sənədlərin icra müddətinə,düzgün və öz vaxtında tərtib edilməsinə və arxivləşdiriməsinə nəzarət edir;
Universitetin sənədlərinin məxviliyinin qorunmasını təmin edir.
Ümumi şöbəyə Əliyeva Kəmalə Kamil qızı rəhbərlik edir.