Laboratoriya 2003-cü il 8 sentyabr tarixindən “Tərcümə problemləri elmi-tədqiqat laboratoriyası adı altında fəaliyyət göstərməyə başlamışdır. 29 may 2019-cu ildən “Tərcümə və leksikoqrafiya bölməsi” adı altında fəaliyyətinə davam etmişdir. 22 noyabr 2022-çi ildən bu günə kimi “Tərcümə və leksikoqrafiya elmi-tədqiqat laboratoriyası” adı altında fəaliyyət göstərir.
Laboratoriyanın əsas məqsədi tərcüməçilik problemlərinin araşdırılması, onların təhsildə tətbiqi, elmi və bədii kitabların tərcüməsi, bunun üçün müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin, tərcüməçilərin cəlb edilməsi və birgə hazırlanmış kitabların, lüğətlərin capa verilməsi, eləcə də tələbə, magistrantların peşə bacarıqlarının formalaşması üçün onların proyektlərə cəlb olunması.
BSU-da slavyan filologiyasının öyrənilməsini nəzərə alaraq, bu istiqamətdə tədrisə kömək məqsədilə slavyan dilləri və ədəbiyyatlarını tədris edən müəllimlərlə birlikdə Belarus, Ukrayna, Bolqar, Çex, Polyak ədəbiyyatının görkəmli nümayəndələrinin seçmə əsərlərinin və yazıçılar haqqında məlumatların Azərbaycan dilinə tərcüməsinin həyata keçirilməsi Laboratoriyanın vacib vəzifələrindən biridir.