Bakı Slavyan Universitetinin Tələbə və məzunlarla iş şöbəsi Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin “Tələbə-Məzun Dövlət Elektron Məlumat Sistemi”nə (TMDEMS) və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Diplom Təsdiq Sistemi”nə (DTS) ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbə və məzunlara dair məlumatların (1970/1971-ci tədris ilindən bu günə qədər) daxil edilməsini həyata keçirir.Sistemin fasiləsiz fəaliyyəti təmin edilir, məlumatların yenilənməsinə, düzgünlüyünə, tamlığına və mühafizəsinə görə cavabdehlik daşınılır.
Tələbə və məzunlarla iş şöbəsi dövlət nümunəli sənədlərin - diplomların, diplomlara əlavələrin, akademik transkriptlərin, tibbi şəhadətnamələrin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən (ARETN) alınması, hazırlanması, mühafizəsi və müvafiq qaydada tələbə və məzunlara təhvil verilməsi işini həyata keçrir. Bununla yanaşı məzunların müraciətinə əsasən itirilmiş və ya korlanmış, diplom, tibbi şəhadətnamə və mütəxəssis diplomlarının dublikatının alınması xidməti də şöbə tərəfindən həyata edilir.
Şöbə universitetdə təhsil alan tələbələrin şəxsi işlərinin qeydiyyatının aparılması, attestatlarının qorunması və saxlanmasının uçotunu da aparır.
Tələbə və məzunlarla iş şöbəsi həmçinin tələbələrin bərpa olunması, köçürülməsi, ad, soyad və ata adının dəyişdirilməsi, akademik məzuniyyətin verilməsi, akademik məzuniyyətdən qayıtması, xaric edilməsi, bakalavr ali peşə-ixtisas dərəcəsi və magistr ali elmi-ixtisas dərəcəsi və ali təhsil haqqında diplomun verilməsi barədə əmr layihələrinin icrasını da həyata keçirir.