Tələbə qəbulu

18-11-2024
5R4A5471

Bakı Slavyan Universitetində təhsilin hər üç səviyyəsində bakalavriat, magistratura və doktorantura təhsili üzrə qəbul həyata keçirilir. 2024-cü ildə BSU-da bakalavr təhsil səviyyəsində 42 ixtisaslaşma üzrə, magistratura təhsil səviyyəsi üzrə isə 33 ixtisaslaşma üzrə tələbə qəbulu həyata keçirilmişdir. 

Qəbul prosesi yerli vətəndaşlar üçün Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanları vasitəsilə həyata keçirilir. Tələbələr topladıqları ballara müvafiq olaraq seçdikləri ixtisaslar üzrə təhsillərini davam etdirirlər. 

Əcnəni tələbələrin  BSU-ya qəbulu NK-nin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “AR vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”ilə tənzimlənir.

Əcnəbi tələbələrin təhsil müəssisələrinə qəbulu aşağıdakı xətlərlə həyata keçirilir: DİM vasitəsilə, Qeyri-dövlət xətti ilə (müqavilə ilə), Hökumətlərarası sazişlər (HTP) və TQP-QH (Qoşulmama Hərəkatı) çərçivəsində və daxili kvota vasitəsilə.

 Bakı Slavyan Universitetində təhsil almaq arzusunda olan əcnəbilər   www.portal.edu.az vahid elektron platforma üzərindən müraciət edirlər. 

Bakı Slavyan Universiteti əcnəbi tələbələrə bütün təhsil səviyyələri üzrə (bakalavriat, magistratura və doktorantura) proqramlar, eyni zamanda,  Azərbaycan, rus və ingilis dilləri üzrə hazırlıq proqramları təklif edir: 

Bsu-da təhsil almaq arzusunda olan əcnəbilər seçdikləri təhsil istiqaməti üzrə www.portal.edu.az vahid elektron platforma üzərindən müraciət edirlər.