Tədris şöbəsi

21-11-2024

Universitetin  tədris şöbəsi  tədris işləri üzrə prorektorluğun nəzdində fəaliyyət göstərir.

Tədris şöbəsinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardir:

Universitetin fakültə və kafedralarında tədris işlərini təşkil edir; 

Tədris yüklərinin kafedraların profillərinə uyğun bölgüsünü təşkil edir və   kafedralara çatdırır ;

Kafedralar üzrə tədris yüklərinin normativ qaydalar uyğun bölünməsinə nəzarət edir;

Tədris yükləri  ilə bağlı tapşırıqları fakültələrə çatdırılmasına  və onların əsasında işçi tədris planlarının  hazırlanmasına  nəzarət edir; 

Dövlət Təhsil Standartları (İxtisasların təhsil proqramları) əsasında normativ qaydalara əməl etməklə ixtisasın tədris planlarını hazırlayır və təsdiq üçün Universitet Elmi Şurasına təqdim edir; 

Tədris planlarına uyğun dərslərin təşkilinə nəzrət edir; 

Bundan əlavə normativ qaydalara uyğun olaraq tələbə biliyinin qiymətləndirilməsinə, akademik borcların ləğvinə, məsləhət saatlarının təşkilinə və keçirilməsinə tələbələrin dərsə davamiyyətinə nəzarət edir; 

Saathesabı dərs aparan müəllimlərin saathesabı qaydada apardıqları  tədris saatlarının əmrləşdirilməsini  və kənardan dəvət olunmuş saathesabı müəllimlərlə müqavilələrin bağlanmasını həyata keçirir; 

Tədrislə bağlı daxil olmuş normativ qayda  və qərarların əmrləşdirilməsi və tətbiqini təşkil edir.