Strateji inkişaf planı

18-11-2024

BAKI SLAVYAN UNİVERSİTETİ
STRATEJİ İNKİŞAF PLANI
2023-2030 (BSU in 2030)


BAKI SLAVYAN UNİVERSİTETİ 2030-CU İLDƏ
İzah hissəsi
Bakı Slavyan Universitetinin (BSU) 2023-2030-cu illər üzrə Strateji Planı (BSU in 2030) Universitetin təhsil, tədris, tədqiqat, digər öyrənmə və inkişaf proseslərinin sistemləşdirilmiş çərçivəsi olmaqla, Universitetin missiyasi, viziyonu, dəyərləri və öhdəliklərinin həyata keçirilməsini planlaşdıran və icrasını təmin edən əsas inkişaf sənədidir. “BSU in 2030” sənədi Azərbaycan Respublikasında ali təhsilin və elmin idarə edilməsi üzrə bütün normativ hüquqi bazanın tələbləri, ali təhsilin və tədqiqatın inkişafı səhaəsində həyata keçirilən Dövlət Proqramlarının tələbləri nəzərə alınmaqla, BSU-nun Nizamnaməsinə uyğun olaraq həyata keçirilir. Universitetin Elmi Şurasında qəbul edilir, rektor tərəfindən təsdiq edilir.
Missiya
Cəmiyyətin, dövlətin və bəşəri dəyərlərin daha da inkişafı məqsədi ilə hər kəsə əlçatan və keyfiyyətli öyrənmə və tədqiqat prosesinin həyata keçirilməsi.
Məqsəd
Bakı Slavyan Universiteti 2030-cu ildə dillərin öyrənilməsi və tədqiqatı üzrə dünyanın aparıcı universitetlərindən birinə çevriləcək. 2030-cu ildə BSU Azərbaycanın ali təhsil və tədqiqat məkanında yüksək rəqabətədavamlı və ən arzuolunan iş məkanına (iş yerinə) çevriləcəkdir.
Vizyon
Bakı Slavyan Universitetinin region və Avropa ali təhsil məkanında rəqabətə davamlı ali təhsil müəssisəsi kimi formalaşması məqsədi ilə ali təhsilin müasir tələblərinə uyğun şəkildə fəaliyyətinin qurulması əsas hədəfimizdir. Öz hədəflərinə çatmaq məqsədi ilə təhsilverənlərin və təhsilalanların vahid vəhdətini yaradacaq, əvvəlki dövrlər üzrə qazanılan nailiyyətlər və uğurların inkişafı təmin ediləcəkdir.
“BSU in 2030” ali təhsil proqramlarının sahələrinin inkişafı, BSU-da həyata keçirilən ixtisasların əhatəsinin genişləndirilməsini əsas hədəf kimi nəzərdə tutur. İxtisaslar və tədqiqat sahələri üzrə şaxələndirmə ali təhsilin hər üç səviyyəsi üzrə həyata keçirilir, bu zaman əsas üstünlük BSU-nun pedaqoji və xarici dilllərin öyrənilməsi mərkəzi olaraq rolunun qorunması və daha da inkişaf etdirilməsini hədəfləyir. “BSU in 2030” çərçiçəvində BSU-nun xarici dillərin öyrənilməsi, çox şaxəlliliyi və tədqiqatı üzrə mühüm mükəməllik mərkəzinə çevrilməsi əsas məqsədlərdəndir. Nəzərə alınmalıdır ki, bu müddət ərzində BSU, həmçinin, slavyan dillərinin öyrənilməsi, testləşməsi və sertifikatlaşması üzrə də regionun əsas mərkəzinə çevrilməyi planlaşdırır.
“BSU in 2030” bütün hədəflərinin bərabər imkanlar və əlçatanlıq şəraitində, istər təhsilalanlar, istərsə də təhsilverənlərin fərdi inkişafı və öyrənməsi kontekstində baş verməklə, hər kəsin cəlb edilməsini təmin etməyi nəzərdə tutur. “BSU in 2030”-nin yekununda BSU-da həyata keçirilən bütün tədris prosesinin inkilyuziv təhsil və öyrənmənin tələblərinə uyğun şəkildə həyata keçirilməsini, BSU-nun bütün infrastrukturlarının inklyuzivliyin təmin edilməsi üçün formalaşdırılmasını nəzərədə tutur.
BSU idarəetmə, tədris, tədqiqat və bütün digər fəaliyyətlərin müasir tələblərə uyğun şəkildə rəqəmsallaşmış, beynəlxalq keyfiyyət göstəricilərinə uyğun təşkilini hədəfləyir.
Öyrənmə prosesinin multinqiual və interdisiplinarlığı mühüm alətlərdən hesab edilir, Ömürboyu öyrənmə konsepsiyası strategiyanın kökündə durur. BSU-də AzMKÇ-nin 6,7 və 8-ci səviyyələri ilə yanaşı, AzMKÇ-nin 5-ci səviyyəsi üzrə də tədrisin tamamlılıq prinsipi əsaslı təşkili vacib hesab edilir.
Dəyərlər
BSU-nin bütün üzvləri inanırlar ki,
- öyrənmədə və tədqiqatda bərabər imkanlar və bərabər əlçatanlıq ən mühüm dəyərlləri təşkil edir,
- təhsilverənlər, təhsilalanlar və tədqiqatçıların bütün bilik və bacarıqları onların akademik və peşəkar nailiyyətləri və göstəriciləri ilə ölçülməlidir
BSU-nun bütün üzvləri təlqin edirlər ki,
- öyrənmə və tədqiqat prosesi müxtəlifləiyi, çoxşaxəlliliyi və inklyuzivliyi təmin etməlidir
- bütün əməkdaşklıqlar öyrənmək, inkişaf və gələcək üçün xidmət etməlidir
BSU-nun bütün üzvləri bilirlər ki,
- məzunlarımız bizim məhsulumuz olaraq iqtisadiyyatın inkişafında dəyər yaratmağı bacarmalıdır
- müəllimlərimiz, tələbələrimiz və məzunlarımız bizim əsas resurslarımızdır
BSU-nun bütün üzvləri əmindirlər ki,
- öyrənmə və tədqiqat prosesi dürüstlük, bütövlük, şəffaflıq, akademik və tədqiqat etikasının tələblərinə uyğun şəkildə həyata keçirilməlidir
- öyrənmə prosesi sistemləşdirilmiş bilik yaratmanı təmin etməlidir
- uyğun təhsil sistemlərinə inteqrasiya, xüsusi ilə də Avropa Ali Təhsil Sisteminə və AATKÇ-yə uyğun təşkili rəqabətədavamlılıq və beynəlmilləşmə baxımından vacibdir
Bakı Slavyan Universiteti 2030-cu ilədək aşağıdakı mühüm strateji hədəflərə çatacaqdır.
TƏHSİL VƏ ÖYRƏNMƏ
Təhsil və öyrənmə fəaliyyətimizin əsas hissəsidir. BSU tədqiqat universiteti olmadığından burada əsas konsentratsiya təhsil və öyrənmənin üzərində durur. Təhsil və öyrənməni daha da inkişaf etdirmək məqsədi ilə aşağıdakı fəaliyyət qurulacaqdır.
Səriştə əsaslı təhsil proqramları
BSU-də həyata keçirilən bütün təhsil proqramları üzrə əmək bazarının və səriştə əsaslı məzmun yaratmanın tələbləri nəzərə alınmaqla hazırlanması və tətbiqi nəzərdə tutulur. Bütün təhsil proqramları üzrə sübuta əsaslanan bilik və bacarıqların öyrənilməsinə xidmət edən resursların yaradılması mühüm hədəfdir.
Rəqəmsal modullar əsasında idarəetmə
BSU-da təhsil prosesinin təşkili, qeydiyyatı, qiymətləndirilməsi və bütün digər idarəetmə və təşkili məsələləri rəqəmsal modullar üzərindən həyata keçiriləcəkdir. Rəqəmsallaşma BSU-nun rəqəmsal idarəetmə strategiyası çərçivəsində baş tutacaq və universitet həyatının bütün mərhələlərini əhataə edəcəkdir. “BSU in 2030” təlim və tədris prosesinin rəqəmsallaşmasını dəstəkləyən müvafiq infratsrukturun yaradılmasını təmin edəcəkdir.
Keyfiyyət mədəniyyəti
Keyfiyyət mədəniyyəti ali təhsil müəssisəsinin bir strukturu tərəfindən həyata keçirilən fəaliyyət deyildir. Keyfiyyət mədəniyyəti bacarıqlar və gündəlik idarəetmənin vərdişlər və dəyərlər sistemi olmaqla, bütün strukturların qarşılıqlı fəaliyyətinin nəticəsidir, daxili və xarici mexanizmlər və alətlərlə ölçülür və təmin edilir BSU-da təhsil və öyrənmə prosesinin daxili və xarici keyfiyyətin təminatı mexanizmləri vasitəsi ilə təmin edilməsi, resursların, bacarıqların və idarəetmənin keyfiyyət idarəetməsinə, akademik dürüstlük və şəffaflıq meyarlarına uyğun inkişaf etdirilməsi həyata keçiriləcəkdir.
Ömürboyu öyrənmə və fasiləsiz təhsil imkanları
BSU-da həyata keçirilən təhsil proqramları ömürboyu öyrənmə imkanları əsasında təşkil ediləcək, bütün əməkdaşlar, tələbələr və məzunlar üçün fasiləsiz öyrənmə və inkişaf imkanları yaradılacaqdır. BSU-nun əlavə təhsil və qısa müddətli öyrənmə mexanizmləri bütün arzuedənlər üçün yeni öyrənmə imkanı və resursu rolunu oynayacaqdır.
İnklüziv təhsil və təhsildə inklüzivlik
Təlim və tədrisin təşkili prosesində inklüzivliyi təmin etmək “BSU in 2030” sənədinin əsas hədəflərindən biridir. Bununla yanaşı, pedaqoji kadr hazırlığı prosesi məzmunun yenidən təşkili, resurslar, həmçinin bilik və bacarıqların inklüziv öyrətmə texnologiyasını nəzərə alması və tətbiqi vacibdir. 2030-cu ildə BSU ölkənin inklüziv təhsil üzrə ən rəqabətədavamlı kadr hazırlığı ilə məşğul olan ali təhsil müəssisəsi olacaqdır.
Məzmun və tədqiqat
BSU-də həyata keçirilən tədqiqat akademik prosesini dəstəkləyəcək, tədris və öyrənmə prosesinin tədqiqatla sıx əlaqəli şəkildə həyata keçirilməsi üçün müvafiq resurslar səfərbər ediləcəkdir
Təhsilin beynəlmiləlləşməsi
Beynəlxalq əməkadşlıqlar tələbə, müəllim və tədqiqatçıların mobilliyini təmin edəcək, beynəlxalq ikili diplom proqramları həyata keçiriləcəkdir. Müxtəlif dillər üzrə tədqiqat institutları yaradılacaq. Təhsil proqramları beynəlxalq akkreditasiyalardan keçəcək, beynəlxalq reytinq sıralamalarında yüksək yerlərə çıxacaqlıar. Əcnəbi tələbələr universitet kontingentinin 15 %-ni təşkil edəcəkdir.
ELM VƏ TƏDQİQAT
Elm və tədqiqat fəaliyyətin mühüm hissəsini təşkil edir, BSU-da elmi potensialın və tədqiqat imkanlarının genişləndirilməsinə, eləcə də tədrisin keyfiyyəti və idarəetmənin səmərəliliyinə xidmət edir.
Tədqiqatın təşkili
BSU-da tədqiqatın planlaşdırılması tədris və öyrənmə prosesinin, eləcə də BSU-nun elmi ehtiyaclarının əsasında təşkil ediləcəkdir. BSU-nun elmi jurnalları beynəlxalq elmi-metrik bazalarda yer alacaqdır. Tədqiqatın inkişafı və bazalara əl çatanlığı təmin ediləcək, beynəlxalq açıq innovasiyalar və açıq məkanlara çıxışlar təmin ediləcək, BSU kitabxanası rəqəmsallaşacaq və zənginləşdiriləcəkdir.
Biliyin innovasiyaya çevrilməsi
BSU-də bilik yaratmanın innovativ bacarıqlarla əlaqləndirilməsi mühüm hədəflərdəndir. Biliyin innovasiyaya çevrilməsi qarşıda duran mühüm hədəflərdən biri olmaqla, tədris prosesinə bir başa xidmət edəcəkdir.
İnnovasiya ekosistemi
BSU-nin təhsilverənləri və təhsilalanlarında sahibkarlıq bacarıqlarının formalaşdırılması mühüm hədəf hesab edilir. Onların bilikllərinin kommersiyalaşa bilən tədqiqat nəticələri ilə yekunlaşması baş verəcəkdir. “BSU in 2030” çərçivəsində BSU-da ideyaların təmərgüzləşməsi (akkselarasiyası) məkanı yaranacaq, ideyalar startap layihələrə və təhsil sahəsində bizneslərə çevriləcəkdir.
Tədqiqatın beynəlmiləlləşməsi və əhatəliliyi
BSU-da tədqiqat prosesi onun beynəlmilləliyi kontekstində inkişaf etdiriləcək, birgə beynəlxalq tədqiqatlar həyata keçirilələkdir. BSU-nun tədqiqatçılarının yerli və beynəlxalq səviyyədə əlaqəliliyi və inteqrasiya imkanları genişləndiriləcəkdir.
Elm, tədqiqat nəticələri və idrarəetmədə səmərəlilik
Yarandılmış elmi nəticələr və tədqiqatlar üzərindən əldə edilən savadlılıq təlim və tədris prosesinin planlaşdırılması, təşkili, bütövlükdə idarəetmənin səmərəli və şəffaf təşkilində əvəzsiz rol oynayacaqdır.
RESURSLARIN İNKİŞAFI
BSU-nin insanları universitetin ən dəyərli resurslarını təşkil edir, onların davamlı inkişafı əsas hədəflərdən biridir. İnsan resursları ilə işin düzgün təşkili və idarəedilməsi BSU-nun gələcəyinin müyyən edilməsinin əsasını təşkil edir.
İnsan resursları
BSU-nun rəqabətədavamlı ali təhsil müəssisəsinə çevrilməsi məqsədi ilə burada çalışan bütün professor-müəllim heyəti ilə davamlı inkişaf proqramlarının tətbiqi, onların inkişafı və ən yaxşı mütəxəssislərin BSU-da tədrisə cəlb edilməsi həyata keçiriləcəkdir
Müəllimlərin inkişafı və beynəlmiləlləşmə
Müxtəlif mübadilə proqramları vasitəsi ilə müəllimlərin inkişafının təmin edilməsi, o cümlədən əcnəbi müəllimlərin sayının artırılması nəzərdə tutulur. “BSU in 2030” çərçivəsində müxtəlif layihələr vasitəsi ilə tədris aparan əcnəbi müəllimlərin ümumi sayı 5%-ə çatdırılacaqdır.
Təlim mühiti və maddi-texniki baza
Təhsil proqramlarının və səriştə əsaslı tədrisin təşkilinin tələblərinə uyğun olaraq maddi-texniki baza inkişaf etdiriləcək, təlim mühiti və öyrənməyə xidmət edən infrastrukturlar yaradılacaqdır. BSU-nun tələbə əlçatanlığı, məmnunluğu və beynəlmilləşməsi məqsədi ilə bütün iaşə, idman və digər infrastrukturlar təkmilləşdiriləcək və ya yenidən qurulacaq, yataqxana şəraiti müasir tələblərə uyğun təşkil ediləcəkdir.
Rəqəmsal BSU
BSU-nun rəqəmsallaşması strategiyasının tələblərinə uyğun olaraq maddi-texniki bazanın uyğunlaşdırılması, infrastrukturun müvafiq tələblər əsasında inkişaf etdirilməsi həyata keçiriləcəkdir. Bu müddət ərzində Rəqəmsal BSU layihəsi yekunlaşacaqdır.


“BSU in 2030” Strateji İnkişaf Proqramı Bakı Slavyan Universitetinin 25 sentyabr 2023-cü il tarixli Elmi Şurasının iclasında qəbul edilmiş, Rektorun əmri ilə təsdiq edilmişdir.