Bakı Slavyan Universitetində (BSU) Mədəniyyət və yaradıcılıq bölməsi tərəfindən 8 noyabr – Zəfər Günü və 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə genişmiqyaslı tədbir təşkil olunub.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına mübarizə aparmış Vətən övladlarının xatirəsinə ehtiram və milli dəyərlərin yaşadılması məqsədilə keçirilib.
Tədbirdə universitetin tələbələri qəhrəman şəhidlərimizin əziz xatirəsini musiqi və şeir nümunələri ilə yad edərək, auditoriyaya duyğulu anlar yaşadıblar.
Bu tədbir Vətən müharibəsində qəhrəmanlıq göstərən igidlərimiizə ithaf olaraq, BSU ailəsinin Vətən sevgisini və birliyini bir daha nümayiş etdirib.