BSU-da təhsil alan əcnəbi tələbələr Sumqayıt Şəhidlər Xiyabanını ziyarət ediblər

16-01-2025
 
Bakı Slavyan Universitetində (BSU) təhsil alan əcnəbi tələbələrin Azərbaycan xalqının zəngin tarixi və mədəni irsinin tanıdılması məqsədilə universitet rəhbərliyinin təşəbbüsü ilə mütəmadi olaraq maarifləndirici, mədəni tədbirlər həyata keçirilir. Bu təşəbbüslər çərçivəsində BSU-nun Beynəlxalq Təhsil Proqramları şöbəsinin təşkilatçılığı ilə hazırlıq kurslarının Azərbaycan dili bölməsində təhsil alan bir qrup əcnəbi tələbələri 15 yanvar tarixində Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın, o cümlədən BSU-nun məzunları Elnur Allahverdiyev və Cavid Mirzəyevin məzarlarını ziyarət ediblər. Həmçinin tələbələrə Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyü uğrunda apardığı mübarizələr, 1990-cı il 20 Yanvar faciəsi, 1992-ci il Xocalı soyqırımı, 44 günlük Vətən müharibəsinin gedişi və nəticələri, Azərbaycanın tarixi, eləcə də mədəni irsi barədə ətraflı məlumat verilib.
Əcnəbi tələbələr Sumqayıt Tarix Muzeyini və Bayraq Muzeyini ziyarət edərək, Azərbaycanın 2-ci böyük şəhərindən zəngin təəssürat ilə ayrılıblar.