Dekabrın 19-da Bakı Slavyan Universitetinin (BSU) Karyera Xidməti Şöbəsi və Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən “Effektiv İş Mühiti: Psixoloji Dayanıqlıq Yolları” adlı təlim təşkil edilib. Təlimin məqsədi iştirakçıların psixoloji dayanıqlılıq, stress və emosiyaların idarə olunması, eləcə də vaxtın səmərəli idarə edilməsi üzrə bilik və bacarıqlarını inkişaf etdirmək olub.
Psixoloq Ülkər Zalova Nuriyevanın apardığı təlimdə nəzəri və praktiki yanaşmalar əsasında stressin idarə olunması, emosional balansın qorunması, effektiv komanda işbirliyi və SMART hədəflərin müəyyənləşdirilməsi kimi mövzular təqdim edib.
Təlimdə universitetin Psixologiya və Təhsildə Sosial Psixologiya ixtisaslarından 30 tələbə və İnstitut mütəxəssisləri iştirak edib.