Bakı Slavyan Universiteti Magistratura və Doktorantura şöbəsinə rəhbərlik edəcək yüksək ixtisaslı və gələcəyə baxışı olan lider axtarır.
− Doktorantura səviyyəsində təhsil (elmi dərəcə üstünlükdür).
− Ali təhsil sahəsində ən azı 5 illik iş təcrübəsi, o cümlədən rəhbər vəzifələrdə iş təcrübəsi üstünlükdür.
− Təşkilatçılıq, liderlik və strateji idarəetmə bacarıqları.
− Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək, rus dili biliyi üstünlükdür.
-Doktorantura və magistratura təhsil proqramlarının planlaşdırılması, həyata keçirilməsi və keyfiyyətinə nəzarət.
− Doktorant və magistrantların tədqiqat fəaliyyətlərinin koordinasiyası və inkişafına dəstəyin göstərilməsi.
− Universitetin Elmi-tədqiqat strategiyasına uyğun olaraq şöbənin fəaliyyətinin təşkili.
− Beynəlxalq və yerli akademik tərəfdaşlarla, sənaye liderləri və tədqiqat təşkilatları ilə əməkdaşlıq əlaqələrini genişləndirilməsi.
− Təhsil və tədqiqat sahəsində yenilikləri, Azərbaycan Respublikasının bu sahədə normativ-hüquqi aktlarını izləmək və universitetin fəaliyyətində tətbiq etmək.
− Doktorantura və magistratura proqramlarında müxtəliflik, inklüzivlik və bərabərliyi təşviq etmək.
- İş qrafiki: Tam iş günü (5gün)
- İş saatları: 09:00-18:00, 13:00-14:00 nahar fasiləsi
Son müraciət tarixi: 31.01.2025-ci il
Qeyd: Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. CV-lər Azərbaycan dilində yazılmalı, e-poçtun mövzu hissəsində “Magistratura və Doktorantura şöbəsinin müdiri” qeyd etməklə hr@bsu-uni.edu.az elektron poçt ünvanına göndərilməlidir.