Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Bakı Slavyan Universiteti nəzdində fəaliyyət göstərən ED 2.13 Dissertasiya şurası filologiya elmləri doktoru və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyaların müdafiəsini keçirir. ED 2.13 Dissertasiya şurası 4 ixtisas üzrə fəaliyyət göstərir:
1. 5707.01 – Slavyan dilləri;
2. 5714.01 – Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik;
3. 5715.01 – Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid;
4. 5718.01 – Dünya ədəbiyyatı (rus ədəbiyyatı).
Dissertasiya şurasının sədri filologiya elmləri doktoru, professor Rəhilə Hüseyn qızı Quliyevadır.
Dissertasiya şurasının sədr müavini filologiya elmləri doktoru, professor Validə Cavid qızı İsazadədir.
Dissertasiya şurasının elmi katibi filologiya üzrə fəlsəfə doktoru Suad Arif qızı Əfəndiyevadır.
Dissertasiya şurasının nəzdində 5707.01 – Slavyan dilləri, 5714.01 – Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik, 5715.01 – Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid və 5718.01 – Dünya ədəbiyyatı (rus ədəbiyyatı) ixtisasları üzrə İxtisas Ekspert Elmi-nəzəri seminarları fəaliyyət göstərir.