Rəqəmsallaşma və Keyfiyyətin təminatı mərkəzi

22-11-2024

WhatsApp Image 2024-11-22 at 21.31.15Rəqəmsallaşma və keyfiyyətin təminatı Mərkəzi 14 sentyabr 2023-cü il tarxində 99 saylı əmrə əsasən yaradılmışdır. Rəqəmsallaşma və keyfiyyətin təminatı Mərkəzi  (bundan sonra RKTM) Bakı Slavyan Universitetinin struktur tərkib hissəsi olmaqla, təhsilin keyfiyyətinin təmin edilməsi və tədrisin səmərəli təşkili və idarə edilməsi işini yerinə yetirir. Mərkəzin fəaliyyəti BSU-nun rektorunun rəhbərliyi altında həyata keçirilir. Mərkəzin iş planı və fəaliyyəti rektor və ya tədris işləri üzrə prorektor tərəfindən təsdiqlənir. 

Mərkəzin fəaliyyətinin məqsədi

Rəqəmsal Transformasiya strategiyasının həyata keçirilmasini, təlim və tədris prosesinin monitorinqinin təkmilləşdirilməsini, biliyin obyektiv qiymətləndirilmasini təmin etmək və bu sahədə mütəvəqqəti təcrübələri tətbiq etməklə, yerli və beynəlxalq rəqabətə davamlılığın yüksəldilməsi maqsədilə peşəkar kadrların hazırlığına imkan verən səmərəli tədris mühitinin formalaşması və inkişafina dəstək verməkdir.

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  1. Universitetdə bakalavr və magistr pilləsində tədris prosesinin bütünlükdə elektronlaşdırılmasını, 

  2. Tələbə biliyinin obyektiv qiymətləndirilməsini,

  3. Tədrisin keyfiyyət göstəricilərini müəyyənləşdirilməsini, onun yüksəldilməsini digər struktur bölmələrlə əlaqələndirilmiş formada təşkil və təmin etmək;

  4. Sessiya imtahanlarınn (eləcə də digər növlü imtahanların) məkəzləşdirilmiş qaydada təşkil etmək;

  5. Fakültələrdə (şöbə) fəaliyyət göstərən akademik məsləhətçilərlə (tyutor) işin qurulması, onların iş foaliyy stinə nəzarəti taşkil etmək;

  6. Tədris prosesinin müasir tələblərə uyğun, interaktiv metodlarla taşkili və keçirilməsi istiqamətində qurulmasına nəzarəti gücləndirmək;

  7. Fənlər üzrə sillabuslarının. tədris vəsaitlərinin, təqdimatların, qiymətləndirmə materiallarının bazasını yaratmaq (elektron BSU);

  8. Tədris prosesinin əsəs istirakçılarının rəy və fikirlərinin əldə edilməsi və qiymətləndirməsi məqsədilə sorğu-anket formaları işləyib hazırlamaq və vaxtaşırı təkmilləşdirmək:;

  9. BSU üzrə monitoring və qiymətləndirmənin müxtəlif dövrlər üzrə məlumat bazasını işləyib hazırlamaq və qorunmasını təmin etmak:

  10. BSU professor-müəllim heyətinin və təhsil prosesinə cəlb edilən işçilərin keyfiyyət təminatı pronsiplərinə uyğun səlahiyyət və bacarıqlarını müəyyən etmək;