“Qloballaşma kontekstində Türkiyə-Azərbaycan münasibətləri: dil, ədəbiyyat və mədəniyyət” adlı konfrans

21-11-2024

 

4-5 may 2023-cü il tarixlərində Bakıda təşkil olunan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfransın bölmələrindən biri “Qloballaşma kontekstində Türkiyə-Azərbaycan münasibətləri: dil, ədəbiyyat və mədəniyyət” adlı konfrans 31 oktyabr 2023-cü il tarixində İstanbul şəhərində Marmara Universitetinin Türkiyat Araşdırmaları İnstitutunda baş tutmudur.

Konfransın adı: Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə)” XIV beynəlxalq elmi konfransın “Qloballaşma kontekstində Türkiyə-Azərbaycan münasibətləri: dil, ədəbiyyat və mədəniyyət” adlı beynəlxalq bölməsi.

Keçirilmə tarixi: 31.10.2023

Keçirilmə yeri: Marmara Universiteti (İstanbul, Türkiyə)

Təşkilatçılar: Bakı Slavyan Universiteti, Marmara Universitetinin Türkiyat Araşdırmaları İnstitutu

Məruzəçilərin/iştirakçıların sayı: 7

Bölmələrin sayı: 1

Əsas mövzular və nəticələr: Milli mənəvi dəyərlərimizin qorunmasında Ulu Öndər Heydər Əliyevin rolu, Türkiyə-Azərbaycan münasibətləri 44 günlük müharibə kontekstində, Türk xalqlarının pedaqoji fikir tarixinin öyrədilməsi təcrübəsindən, Azərbaycanda türkologiya məsələləri, Müstəqillik illərində Azərbaycan-Türkiyə ədəbi əlaqələri, Vətən mühabirəsindən sonra Türkiyə Azerbaycan əlaqələri, İkinci Qarabağ müharibəsinin dünya mətbuatında əksi. 

Nəşrlər: Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə)” XIV beynəlxalq elmi konfransın materialları (I, II cild).