Bakı Slavyan Universitetinin region və Avropa ali təhsil məkanında rəqabətə davamlı ali təhsil müəssisəsi kimi formalaşması məqsədi ilə ali təhsilin müasir tələblərinə uyğun şəkildə fəaliyyətinin qurulmasını hədəfləyən BSU altı fakültədə müxtəlif ixtisaslar üzrə tədrisi təşkil edir. Slavyanşünaslıq ixtisasları üzrə regionun ilk universiteti olan BSU ingilis, rus, polyak, çex, alman, bolqar, ukrayn, yunan, belarus, fransız, türk dilləri üzrə ixtisaslaşmış kadrlar, müəllimlər, filoloqlar, tərcüməçilər, həmçinin diplomatlar, jurnalistlər, eləcədə bu ölkələrin beynəlxalq münasibətləri, mədəniyyəti, coğrafiyası, tarixi üzrə mütəxəssislər hazırlayır.
Bakı Slavyan Universitetinin Azərbaycan Respublikasının bir çox ölkələrlə tədris-mədəni əlaqələrinin genişlənməsi prosesində yaxından iştirak edir. BSU-da fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri, həmçinin BSU-nun xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzləri ölkələr arası mədəni əlaqələrin inkişafına xidmət edir.
Bakı Slavyan Universiteti ilə dünyanın və Avropanın bir çox universitetləri ilə bağlanan ikitərəfli müqavilələr, beynəlxalq mübadilə proqramları təhsilin beynəlmilləşməsinə və tələbəl və müəllimlərin mübadilələrdə iştirak edərək beynəlxal təcrübələr əldə etməsinə xidmət edir.
1946-cı ildən fəaliyyət göstərən təhsil müəssisəsi M. F. Axundov adına ikiillik Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaranmışdır. Azərbaycan Respublikasının Prezidenti H. Ə. Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazası genişləndirilməklə Bakı Slavyan Universiteti yaradıldı. Bundan sonra BSU Şərq bölgəsində nadir ixtisaslar üzrə peşəkar kadr hazırlığını həyata keçirən ali məktəbə çevrildi. Bu gün Universitet əmək bazarının tələblərinə cavab verən yüksək ixtisaslı kadrların hazırlanması vasitəsi ilə cəmiyyətin inkişafında mühim rol oynayır.