BSU-nun Məktəb-Lisey Kompleksində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

17-01-2025
Yanvarın 17-də Bakı Slavyan Universitetinin (BSU) Məktəb-Lisey Kompleksində (MLK) 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin suverenliyi, ərazi bütövlüyü naminə canlarını qurban verən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
BSU MLK-nın direktoru İlahə Carçıyeva 35 il bundan öncə baş vermiş 20 Yanvar faciəsinin səbəb və nəticələri, bu soyqırımına ilk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dolğun siyasi-hüquqi qiymətin verilməsi, dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün tam təmin edilməsi barədə geniş danışıb və şəhidlərimizin müqəddəs xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıb.
Tədbirdə məktəbin şagirdləri 20 Yanvar qətliamı ilə bağlı ədəbi-bədii kompozisiya təqdim ediblər.