Noyabrın 25-də İrəvan Dövlət Azərbaycan Dram Teatrı görkəmli şair-dramaturq Hidayət Orucovun “İrəvanda yanan çıraq” adlı birhissəli mistik-tarixi dramını Akademik Milli Dram Teatrının səhnəsində təqdim edib. Əsərdə Qərbi Azərbaycan torpaqlarında, hazırda Ermənistan adlandırılan ərazidə yaşayan soydaşlarımızın milli mübarizəsi və prinsipial mövqeyi bədii şəkildə əks olunub.
Qeyd edək ki, BSU-nun müəllim və tələbələri mədəni inkişafın təşviqi, eləcə də asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə müxtəlif mədəni-maarif tədbirlərinə, tamaşalara və konsertlərə mütəmadi olaraq qatılırlar. Bu istiqamətdə həyata keçirilən tədbirlər universitet kollektivi arasında mədəni mühitin inkişafına xüsusi töhfə verir.