COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Abşeron yarımadasında növbəti ağacəkmə aksiyası təşkil olunub.
Aksiyada Bakı Slavyan Universitetinin xarici tələbələri də fəal iştirak edərək yaşıllıqların artırılmasına öz töhfələrini veriblər.