Bakı Slavyan Universitetinin Mədəniyyət-yaradıcılıq bölməsinin yaradılmasının əsas məqsədi universitetdə təhsil alan tələbələrin sosial fəallığının artırılması və bu¬nunla bərabər universitetin mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqlarının genişləndirilməsidir. Hər tədris ilinin başlanğıcından etibarən universitetə yeni qəbul olmuş müxtəlif ixtisaslardan incəsənətə meyilli və yaradıcılıqla məşğul olan tələbələrin aşkarlanması, onların müxtəlif yaradıcılıq qruplarında cəmlənməsi, bu yöndə onlarla hər tərəfli işlərin aparılması (vokal, rəqs, qiraət, çalğı alətlərində ifa) həyata keçirilir.
Tələbələrin öz fəaliyyət olaraq istedadlarının inkişaf etdirilməsi məqsədi ilə onlarla incəsənətin müxtəlif yönlərində hazırlıq işləri görülür. Həmçinin həftə içi təhsil aldıqları ixtisasın dərs saatlarının xaricində öz istəklərinə uyğun tələbələr bölmə tərəfindən təşkil olunan dərslərə və hazırlıq məşqlərinə cəlb olunur. Strukturda bölmə rəhbəri və əməkdaşlar tərəfindən universitetdaxili və xarici mədəni-kütləvi tədbirlərdə istedadlı tələbələrin bacarıqlarının sərgilənməsinin təşkil olunması, daxildə yubileylərin, bayram konsertlərinin və şənliklərinin, anım tədbirlərinin keçirilməsi əsas öhdəliklərdəndir. Bölmənin nəzdində tələbələrdən ibarət vokal qrupu və rəqs ansamblı fəaliyyət göstərir.