Tarverdiyeva Səbinə Yelmar qızı

Tarverdiyeva Səbinə Yelmar qızı

Tarverdiyeva Səbinə Yelmar qızı – 08 oktyabr 1972-ci ildə Naxçıvan  şəhərində anadan olub. 1989-cu ildə orta məktəbi gümüş medalla, 1994-cü ildə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı müəllimliyi fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1994-cü ildə Naxçıvan şəhər A.Cəlilov adına 12 saylı orta məktəbdə Rus dili və ədəbiyyatı müəllimi olaraq başlayıb.  2003-cü ildən Bakı Slavyan Universitetində çalışır. 

          Müxtəlif illərdə laborant, müəllim, baş müəllim, dosent, Tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müdiri, Tərcümə fakültəsinin dekanı, BSU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurası seminarının üzvü, BSU Elmi katibi, tədrisin təşkili istiqamətində fəaliyyət göstərən müxtəlif şöbə və mərkəzlərin müdiri vəzifələrində çalışmışdır. 16 sentyabr 2024-cü il tarixindən BSU Rektorun müşaviri vəzifəsini icra edir.

          Filologiya üzrə fəlsəfə doktoru, 60-dan çox elmi məqalənin, elmi-metodik vəsaitin və fənn proqramlarının müəllifidir, həmçinin 20-dən çox beynəlxalq elmi konfranslarda elmi məqalələrlə iştirak etmişdir.