Elm və innovasiya məsələləri üzrə prorektor
Nailə Xəndan Azad qızı – 20 noyabr 1953-cü ildə Bakı şəhərində anadan olub. M.F. Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun rus dili və ədəbiyyat fakültəsini 1975-ci ildə bitirib. Əmək fəaliyyətinə 1977-ci ildə Bakı Dövlət Universitetində xarici tələbələr üçün Rus dili kafedrasında müəllim kimi başlayıb. 1981-ci ildən Bakı Slavyan Universitetində çalışır. Müxtəlif illərdə müəllim, baş müəllim, dosent, Pedaqoji fakültənin dekan müavini, BSU-nun nəzdində Dissertasiya Şurasında fəaliyyət göstərən seminarın sədri və elmi katibi, universitetin tərbiyə işləri üzrə prorektoru, Pedaqojı fakültənin İbtidai sinif müəllimliyi şöbəsinin müdiri, Tərcümə problemləri elmi-tədqiqat laboratoriyasının müdiri, Humanitar və sosial elmlər fakültəsinin dekan müavini və dekan əvəzi , 17 fevral 2022-ci il tarixindən Xarici dil müəllimliyi fakültəsinin dekanı vəzifəsində çalışıb .
2005-2006-cı illərdə Türkiyə Respublikasının Qars Qafqaz Universitetinin Slavyan dilləri bölməsində dosent vəzifəsində çalışıb. Filologiya üzrə fəlsəfə doktoru, 30-dan çox elmi məqalənin, elmi-metodik vəsaitin və fənn proqramlarının müəllifidir.
Tel.: (+994 12) 599-08-70 (210)
E-mail: elm.innovasiya@bsu-uni.edu.az