-Təhsilalanlarla hesablaşma və bank əməliyyatları şöbəsi,
-Satınalma və təchizat şöbəsi,
-Mühasibat uçotu şöbəsi təşkil edir
Maliyyə departamenti aşağıdakı işləri yerinə yetir
Maddi, əmək, maliyyə vəsaitlərinin qənaətli istifadəsinə və BSU-nun əmlakının qorunmasına nəzarət;
Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatının məlumatları üzrə BSU-nun maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsi, inventarizasiyanın aparılması;
Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsi;
Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin uçotunun aparılması;
Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatının təqdim edilməsi;
Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılması;
BSU-nun maliyyə-təsərrüfat fəaliyyətinin analizi və bu fəaliyyətin maliyyə göstəricilərində təsviri;
BSU-nun maliyyə strategiyasının və onun maliyyə sabitliyinin təməlinin hazırlanması;
BSU-nun maliyyə-təsərrüfat fəaliyyəti üzrə təhlillərin aparılması və mühasibat uçotunun təşkili
Lazımi hesablamalarla birgə cari və perspektiv maliyyə planlarının tərtibatı;
Xidmətlərin maya dəyəri və gəlirliyin planlaşdırılması;
Əsas fondun cari və əsaslı təmirinin maliyyələşdirilməsinin qayda və meyarlarının müəyyən edilməsi;
Gəlirlərin vaxtı-vaxtında daxil olmasının təmin edilməsi;
BSU-nun bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatlarının operativ uçotunun aparılması;
Göstərilən xidmətlər üzrə vəsaitlərin vaxtında alınması üçün tədbirlərin görülməsi;