Şöbənin fəaliyyət istiqamətləri
Universitetin fəaliyyətinin mediada, o cümlədən televiziya, çap və elektron mediasında, İnternet saytlarında, xəbər portallarında, sosial şəbəkələrdə işıqlandırılması, obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılmasını təmin etmək, bununla əlaqədar press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlamaq;
Universitetin fəaliyyət istiqamətləri üzrə müvafiq dövlət proqramlarının icrası və eyni zamanda ictimaiyyəti maraqlandıran digər maraqlı məsələlərlə bağlı məlumatların KİV vasitəsilə ictimaiyyətə çatdırılmasını təmin etmək;
Universitetin fəaliyyəti haqqında KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı zəruri hallarda universitetin strukturlarının iştirakı ilə cavab hazırlamaq və təhrif hallarının aradan qaldırılması üçün tədbirlər görmək;
Universitetin tədbirlərində KİV nümayəndələrinin iştirakını təşkil etmək;
Universitetin rəhbərliyinin və digər müvafiq şəxslərin KİV-də çıxışlarını, mətbuat konfranslarını, brifinqlərini, ictimaiyyətlə görüşlərini təşkil etmək və əlaqələndirmək;
Mətbuatın fəaliyyətinin monitorinqinin aparılması, universitetin fəaliyyəti barədə ictimaiyyətin suallarının cavablandırılması;
Universitetin rəsmi İnternet saytı üçün məlumatların hazırlanması prosesində iştirak etmək və həmin məlumatları İnternet saytında yerləşdirmək;
Universitetin fəaliyyətinə dair çap, video və fotomaterialların toplanması;
Şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək ;
Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət qurumlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasında iştirak etmək;
Universitetdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarda, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə BSU-nu təmsil etmək və onların işində iştirak etmək;
Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;