Karyera xidməti şöbəsi

20-11-2024
img-6063.JPG

Karyera xidməti şöbəsi fəaliyyət planına uyğun tələbə və məzunlar üçün tədbirlər təlimlər seminarlar, məzunlarla görüşlər, əmək yarmarkası təşkil edir. 

Karyera xidməti şöbəsinin əsas vəzifə və funksiyaları aşağıdakılardan ibarətdir:

  • Tələbə,magistrant və məzunların əmək bazarına adaptasiya olunmasına, öz ixtisasları üzrə uğurlu karyera qurmalarına dəstək;  

  • Məzun tələbə və magistrantların iş yerləri xarici dil və kompüter bilikləri barədə məlumat bazasının yaradılması;  

  • Bakı Slavyan Universitetinin məzunlarının ixtisas üzrə işləmələrinə uyğun məlumat bazasının yaradılması;  

  • Uğurlu karyerası olan qonaqlarla tələbə və magistrantların görüşünün təşkil edilməsi;  

  • Əmək bazarının ixtisaslı kadrlara, o cümlədən universitetin məzunlarına olan tələbatının təmin edilməsi;  

  • Əmək bazarındakı vəziyyət və meyllərə, iş yeri axtaranlar üçün irəli sürülən tələblərə uyğun informasiyanın toplanılması, ümumiləşdirilməsi, təhlili və tələbələrin bu istiqamətdə yönləndirilməsi;  

  • Əhalinin məşğulluq mərkəzləri, Azərbaycan Respublikası Sahibkarlar-İşəgötürənlər Birliyi, kadr agentlikləri, müəssisələr, təşkilatlar, idarələr və digər qurumlarla BSU-nun məzunlarının işə götürülməsi ilə əlaqədar müqavilə münasibətlərinin və daimi qarşılıqlı əlaqələrin qurulub inkişaf etdirilməsi;  

  • Müxtəlif karyera günlərinin, tematik sərgilərin, müsabiqələrin, seminarların, dəyirmi masaların və s. tədbirlərin təşkili və keçirilməsi;  

  • Universitet rəhbərliyinin müxtəlif müəssisələrinin rəhbərləri, işəgötürənlər birliyi ilə qarşılıqlı əməkdaşlıq məsələlərinin həlli üçün görüşlərin təşkili ;  

  • Təşkilatlar, müəssisələrlə əməkdaşlıq haqqında müqavilələrin bağlanılması;

  • Dövlət Məşğulluq Agentliyi ilə birgə məzunların davamlı məşğulluq reytinqini izləmək.