Bakı Slavyan Universitetinin İnsan resursları mərkəzi öz fəaliyyətini “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Qanunu və digər hüquqi - normativ sənədlər, BSU-nin Nizamnaməsi əsasında həyata keçirir.
Mərkəzin fəaliyyət istiqamətlərinə seçkili vakant vəzifələrə seçilmiş namizədlərin əmrlərinin verilməsi, daxili və xarici işə qəbul proseslərinin təşkil olunması, əmək müqavilələrinin hazırlanması və ona dəyişikliklərin edilməsi, daxili nizam-intizam qaydalarına nəzarət etmək və s daxildir.
Mərkəzin əsas fəaliyyət istiqamətlərinə universitetin məqsədlərinə və strateji inkişaf tələblərinə uyğun olaraq, insan resurslarının planlaşdırılmasını təmin etmək, Beynəlxalq standartlara uyğun olaraq universitetə kadrların cəlb edilməsi , seçilməsi , işə qəbulu və işdən azad edilməsi üzrə prosedurları həyata keçirirməkdir.
Mərkəz həmçinin tələb edilən meyarlar əsasında işçilər haqqında məlumat bazasını formalaşdırır və məlumat bazasının müvafiq elektron proqram vasitəsilə avtomatlaşdırılması üzrə fəaliyyətini həyata keçirir və İnsan resursları üzrə sənədləşmələri və kadr-uçot işlərini aparır
Mərkəzə Fidan Nəbi qızı Abuzərli rəhbərlik edir. O, 2023-cü ilin 02 oktyabr tarixindən Bakı Slavyan Universitetinin İnsan resursları mərkəzinin müdiri vəzifəsində çalışır.