Universitetin tədris şöbəsi tədris işləri üzrə prorektorluğun nəzdində fəaliyyət göstərir.
Tədris şöbəsinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardir:
Universitetin fakültə və kafedralarında tədris işlərini təşkil edir;
Tədris yüklərinin kafedraların profillərinə uyğun bölgüsünü təşkil edir və kafedralara çatdırır ;
Kafedralar üzrə tədris yüklərinin normativ qaydalar uyğun bölünməsinə nəzarət edir;
Tədris yükləri ilə bağlı tapşırıqları fakültələrə çatdırılmasına və onların əsasında işçi tədris planlarının hazırlanmasına nəzarət edir;
Dövlət Təhsil Standartları (İxtisasların təhsil proqramları) əsasında normativ qaydalara əməl etməklə ixtisasın tədris planlarını hazırlayır və təsdiq üçün Universitet Elmi Şurasına təqdim edir;
Tədris planlarına uyğun dərslərin təşkilinə nəzrət edir;
Bundan əlavə normativ qaydalara uyğun olaraq tələbə biliyinin qiymətləndirilməsinə, akademik borcların ləğvinə, məsləhət saatlarının təşkilinə və keçirilməsinə tələbələrin dərsə davamiyyətinə nəzarət edir;
Saathesabı dərs aparan müəllimlərin saathesabı qaydada apardıqları tədris saatlarının əmrləşdirilməsini və kənardan dəvət olunmuş saathesabı müəllimlərlə müqavilələrin bağlanmasını həyata keçirir;
Tədrislə bağlı daxil olmuş normativ qayda və qərarların əmrləşdirilməsi və tətbiqini təşkil edir.
Tədris şöəsinin nəzdində təcrübə bölməsi fəaliyyət göstərir. Bölmə bütün növ təcrübələrin təşkilinə, keçirilməsinə və təcrübələrin nəticələrinin qiymətləndirilməsinə nəzarət edir.
Tədris şöbəsinə fəlsəfə üzrə fəlsəfə doktoru Rzayev Məmmədtağı Həsən oğlu rəhbərlik edir. Məmmədtağı Rzayev “İnsan: Mənəvi-dini özünütəsdiq kontekstində” (7207.01-Sosial fəlsəfə) adlı dissertasiya işini müdafiə etmişdir. Fəlsəfə üzrə fəlsəfə doktorudur. Həmçinin İctimai elmlər kafedrasında daxili əvəzçiliklə 0,5 stat vahidi müəllim vəzifəsində də çalışır.