BSU YAP Gənclər Birliyinin "Öyrədərək öyrənək" adlı layihəsi

BSU YAP Gənclər Birliyinin "Öyrədərək öyrənək" adlı layihəsi çərçivəsində Filologiya və xarici dil müəllimliyi fakültəsinin rus dillini öyrənən tələbələri arasında dil səviyyəsini yoxlamaq məqsədilə dəyirmi masa keçirilib.

Tədbir çərçivəsində tələbələrin nitq vərdişlərinin təkmilləşdirilməsi üçün "conversation" təşkil olunub, tələbələr özlərini rus dilində təqdim edib, yazılı çalışmalar yerinə yetirilib və qarşılıqlı dialoqlar qurulub.

Tədbirdə fakültənin tədris işləri üzrə dekan müavini Gültəkin Əliyeva tələbələrə yaxından dəstək olub. Dekan müavini müasir dövrdə rus dilinin əhəmiyyətindən danışıb, bu dili tədris edən və öyrənən tələbələrə bir sıra məsləhətlər verib.

Layihə rəhbəri Aytəkin Xəlilova kursların daha da genişləndiriləcəyini, rus dili ilə yanaşı alman və ingilis dillərini də əhatə edəcəyini bildirib.