Bakı Slavyan Universitetinin Magistratura şöbəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 1997-ci il tarixli, 15 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının çoxpilləli təhsil sistemində magistr hazırlığı (magistratura) haqqında Əsasnamə”yə uyğun olaraq, Universitet Elmi Şurasının qərarı ilə 1997-ci ildən fəaliyyət göstərir. Magistratura şöbəsi Bakı Slavyan Universitetinin (BSU) struktur bölmələrindən biridir və şöbə 2023-cü ilin sentyabr ayından Yüksək Təhsil Mərkəzinin nəzdində fəaliyyətini davam etdirir. Magistratura şöbəsi Universitetin bütün fakültələri, kafedraları və digər struktur bölmələri ilə əlaqəli fəaliyyət göstərir.
Magistratura şöbəsi magistratura səviyyəsi üzrə Azərbaycan, rus və ingilis bölmələrində 13 ixtisasda 33 ixtisaslaşma üzrə mütəxəssis hazırlığını həyata keçirir:
2024-2025-ci tədris ilində Magistratura səviyyəsində ilk dəfə olaraq aşağıdakı ixtisaslaşmalar üzrə qəbul keçirilmişdir:
Menecment (təhsilin təşkili və idarə olunması)
Menecment (ali təhsilin təşkili və idarə olunması)
Təlim və tədrisin təşkili və metodikası
Media və kommunikasiya sistemləri
Magistrantların tədris ili ərzində Universitetdə və Respublikada təşkil olunan müxtəlif konfranslarda, elmi metodik seminarlarda, yeni elmi nəşrlərin təqdimat mərasimlərində, layihələrdə, ixtisasa uyğun dəyirmi masalarda və ustad dərslərində iştirakı təmin edilir. Tədris planına müvafiq olaraq magistrantların elmi-tədqiqat təcrübəsi ixtisas kafedralarında keçirilir. Tədris ili müddətində Magistratura şöbəsində təhsil alan magistrantlar ixtisaslarına müvafiq olaraq, magistr dissertasiyalarının mövzuları çərçivəsində elmi-tədqiqat işini yerinə yetirməklə yanaşı, universitetin elmi həyatında fəal iştirak edirlər.