Əməkdaşlıqlar

18-11-2024

Bu gün Bakı Slavyan Universiteti öz fəaliyyət dairəsini genişləndirib və hazırda 6 fakültədə 70-dan çox bakalavr, magistratura və doktorantura proqramı təklif edir. Universitet bir sıra slavyan və Avropa dillərini əhatə etmək üçün proqramlarını, regionşünaslıq, beynəlxalq əlaqələr, jurnalistika, tərcümə və təhsilə yönəlmiş proqramları genişləndirmişdir. Bütün bu proqramlar yerli və xarici tələbələrə təklif olunur. Qeyd olunan, və digər sahələrdə geniş bilik və bacarıqlara malik yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulub.

Eyni zamanda, bu proqramlar tələbələrə multikultural əmək birliklərində, xüsusən də beynəlxalq təşkilatlarda uğur qazanmaq üçün lazımi bacarıq və biliklər vermək üçün nəzərdə tutulub.

Slavyanşünaslıq ixtisasları üzrə regionun ilk universiteti olan BSU ingilis, rus, polyak, çex, alman, bolqar, ukrayn, yunan, belarus, fransız, türk dilləri üzrə ixtisaslaşmış kadrlar, müəllimlər, filoloqlar, tərcüməçilər, həmçinin diplomatlar, jurnalistlər, eləcədə bu ölkələrin beynəlxalq münasibətləri, mədəniyyəti, coğrafiyası, tarixi üzrə mütəxəssislər hazırlayır. 

Universitetdə digər slavyan (slovak, xorvat, serb və makedoniya) dillərinin tədrisi və tədqiqini əhatə edəcək şəkildə genişləndirərək, Balkanşünaslıq  kafedrasını yaradılmışdır.

Beynəlxalq Assosiasiyalara Üzvlük

Beynəlxalq Assosiasiyalara Üzvlük

Ətraflı məlumat
Xarici universitetlərlə əlaqələr

Xarici universitetlərlə əlaqələr

Ətraflı məlumat