Doktorantura təhsili və tədqiqatların təşkili şöbəsi

20-11-2024
image-120.png

Doktorantura təhsili və tədqiqatların təşkili şöbəsi

     Kafedralarda aparılan elmi-tədqiqat işlərinin koordinasiyası, onların icrasının təmin edilməsi və görülən işlərin ekspertizasının təşkili, alınan elmi nəticələrin təbliği, universitetdə istehsal olunan elmi məhsulların müasir standartlara uyğunluğunun təmin edilməsi məqsədi ilə universitetdə Doktorantura təhsili və tədqiqatların təşkili  şöbəsi məşğul olur.  Şöbə həmçinin fəlsəfə və elmlər doktoru proqramları üzrə elmi-pedaqoji kadrların hazırlanması işini əlaqələndirir, doktorant və dissertantların nail olduqları elmi nəticələrin təşviqi sahəsində iş aparır.   

      Azərbaycan Respublikası Nazirlər kabinetinin 2010- cu il 01 iyul tarixli 129 nömrəli qərarı ilə Doktoranturalar yaradılmışdır. 2011-ci ildə Bakı Slavyan Universitetində yuxarıda göstərilən qərara əsasən elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə  doktorantura və dissertanturaya qəbul həyata keçirilir. 

Bakı Slavyan Universitetində tətqiqatlar aşağıda göstərilən ixtisaslar üzrə aparılır:

5706.01 – Azərbaycan dili

5707.01 – Slavyan dilləri

5710.01 –Türk dilləri

5714.01 – Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik 

5715.01 – Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid

5716.01 – Azərbaycan  ədəbiyyatı

5718.01 – Dünya ədəbiyyatı

5720.01 – Jurnalistika

5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası

5802.01 – Təhsilin təşkili və planlaşdırılması

5804.01 – Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi

5901.01 – Beynəlxalq münasibətlər

5908.01 – Siyasi nəzəriyyə

6104.01 – Pedaqoji psixologiya

6107.01 – Ümumi psixologiya

6111.01 – Şəxsiyyətin psixologiyası

6303.01 – Ümumi sosiologiya