Əcnəbi tələbələrin qəbulu

18-11-2024

Qafqaz regionunda Slavyanşünaslıq üzrə regionun birinci universiteti olan Bakı Slavyan Universiteti əcnəbilərin müxtəlif ixtisaslar üzrə bakalavriat,  magistratura və doktorantura səviyyələrində tələbə qəbulunu aparır. 

Qəbul elektron formada həyata keçirilir. Əcnəbi abituriyentlər  portal.edu.az   saytı vasitəsilə ixtisas və tədris dili seçimini edərək tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təhsil alma hüququnu qazanırlar.

 

Hazırlıq proqramı

Dil: Az ərbaycan, rus, ingillis 

Müddət: 1 il

Təhsil haqqı: 1000 Azn

Proqramı bitirən və imtahanlardan müvəffəq qiymət alan tələbələrə AR Elm və Təhsil Nazirliyinin müvafiq Şəhadətnamələri təqdim olunur.

 

Bakalavriat təhsil səviyyəsində - 2024-cü ildə 42 ixtisaslaşma üzrə əcnəbi tələbələrə proqramlar təklif edilmişdir.   

Təhsilalma forması: Əyani/qiyabi

Müddət: 4 il / 5 il

Təhsil haqqı: 2200-2700 Azn / 1700-2300 (qiyabi)

 

Magistratura təhsil səviyyəsində - 2024-cü ildə 33 ixtisaslaşma üzrə əcnəbi tələbələrə proqramlar təklif edilmişdir.

Təhsilalma forması: Əyani

Müddət: 2 il

Təhsil haqqı:  2100-2600 Azn

 

Doktorantura təhsil səviyyəsində - 14 ixtisas üzrə əcnəbi tələbələrə proqramlar təklif edilir.

Təhsilalma forması: Əyani/qiyabi

Müddət: 3-4 il

Təhsil haqqı:  1400 Azn

 

 

Tələb olunan sənədlər:  

  • Əvvəlki təhsil haqqında leqallaşdırılmış (və ya apostil olunmuş) sənəd  

  • Xarici pasport  

  • Sağlamlıq (QİÇS, Hepatit B və C) haqqında arayış  

   

Qəbul üçün 4 addım  

  • www.portal.edu.az platformasında qeydiyyatdan keçin və Bakı Slavyan Universitetinə müraciət edin.  

  • 5 iş günü ərzində universitetdən təsdiq məktubunuzu alın.  

  • Universitet rəsmiləri ilə əlaqə saxlayın və tədrisin təşkili, Azərbaycanda miqrasiya qaydaları və tələbə yataqxanası haqqında məlumatı əldə edin.  

  • Azərbaycana gəlmək üçün www.evisa.gov.az portalı vasitəsilə tələbə vizasını əldə edin.  

 

Qəbul müddəti: İldə 1 dəfə olmaqla – İyul – Sentyabr.

 

Yataqxana: Bakı Slavyan Universitetinin bazasında 3 saylı Tələbə Yataqxanası mövcuddur.  Əcnəbi tələbələrə tam təchizatlı yasayış yerləri təklif olunur. Ödəniş – 100 Azn / 1 ay

 

Tələbə həyatı: BSU əcnəbi tələbələrin təhsil təcrübəsini zənginləşdirmək məqsədilə müxtəlif sosial və mədəni tədbirlərdə iştirakı təmin edir.  Bu tədbirlər tələbələrin bir-biri ilə daha yaxın əlaqə qurmasına, mədəniyyətlərarası dialoq aparmasına və yerli tələbələrlə birlikdə komanda şəklində işləməsinə imkan yaradır. Onlar universitetdaxili və xaricində təşkil olunan mədəni tədbirlərin sayəsində  sosial həyatın aktiv iştirakçısına çevrilirlər.