Doktorantura təhsili və tədqiqatların təşkili şöbəsi
Kafedralarda aparılan elmi-tədqiqat işlərinin koordinasiyası, onların icrasının təmin edilməsi və görülən işlərin ekspertizasının təşkili, alınan elmi nəticələrin təbliği, universitetdə istehsal olunan elmi məhsulların müasir standartlara uyğunluğunun təmin edilməsi məqsədi ilə universitetdə Doktorantura təhsili və tədqiqatların təşkili şöbəsi məşğul olur. Şöbə həmçinin fəlsəfə və elmlər doktoru proqramları üzrə elmi-pedaqoji kadrların hazırlanması işini əlaqələndirir, doktorant və dissertantların nail olduqları elmi nəticələrin təşviqi sahəsində iş aparır.
Azərbaycan Respublikası Nazirlər kabinetinin 2010- cu il 01 iyul tarixli 129 nömrəli qərarı ilə Doktoranturalar yaradılmışdır. 2011-ci ildə Bakı Slavyan Universitetində yuxarıda göstərilən qərara əsasən elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə doktorantura və dissertanturaya qəbul həyata keçirilir.
Bakı Slavyan Universitetində tətqiqatlar aşağıda göstərilən ixtisaslar üzrə aparılır:
5706.01 – Azərbaycan dili
5707.01 – Slavyan dilləri
5710.01 –Türk dilləri
5714.01 – Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik
5715.01 – Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid
5716.01 – Azərbaycan ədəbiyyatı
5718.01 – Dünya ədəbiyyatı
5720.01 – Jurnalistika
5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası
5802.01 – Təhsilin təşkili və planlaşdırılması
5804.01 – Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi
5901.01 – Beynəlxalq münasibətlər
5908.01 – Siyasi nəzəriyyə
6104.01 – Pedaqoji psixologiya
6107.01 – Ümumi psixologiya
6111.01 – Şəxsiyyətin psixologiyası
6303.01 – Ümumi sosiologiya