Birinci Beynəlxalq Balkanşünaslıq Tədqiqatları konfransı
21-11-2024
Beynəlxalq Balkanşünaslıq Tədqiqatları Konfransı
13 iyun 2024-cü il tarixində Bakı Slavyan Universitetində (BSU) “Birinci Beynəlxalq Balkanşünaslıq Tədqiqatları” konfransı keçirilib. Beynəlxalq konfransın moderatoru, BSU-nun rektoru Anar Nağıyev konfransın “Azərbaycanın yaşıl dünya gündəliyi və Balkanlar” adlanan 1-ci panelini bu tədbirin Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə profili və statusu genişləndirilmiş BSU-nun yaradıldığı günə təsadüf etdiyini söyləyib və bunun xüsusi rəmzi məna daşıdığını vurğulayıb. Rektor bu konfransın “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində BSU-nun müvafiq tədbirlər planına uyğun olaraq həyata keçirilən növbəti tədbirlərdən biri olduğunu qeyd edib. Bildirilib ki, konfransın əsas məqsədi Azərbaycanın “Yaşıl dünya” gündəliyi çərçivəsində Balkan ölkələrinin timsalında beynəlxalq əməkdaşlıq məsələlərinin öyrənilməsindən ibarətdir.
Konfransda Şimali Makedoniyanın Skopye Müqəddəslər Kiril və Mefodiy Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının müdiri Osman Emin, Serbiya Elmlər Akademiyasının Serb Dili İnstitutunun Lüğətlər departamentinin direktoru Mariya Jinjiç, Albaniyanın Tirana Universitetinin Tarix-filologiya fakültəsinin Dilçilik kafedrasının lektoru Lindita Hanari, BDU-nun Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nurlana Mustafayeva və digər tanınmış alimlər də iştirak ediblər.
Konfransın adı: Beynəlxalq Balkanşünaslıq Tədqiqatları Konfransı.
Keçirilmə tarixi: 13.06.2024
Keçirilmə yeri: Bakı Slavyan Universiteti (Azərbaycan, Bakı)
Təşkilatçı: Bakı Slavyan Universiteti
Məruzəçilərin/iştirakçıların sayı: 63
Dəvət olunmuş əcnəbi ekspertlər: 5 (Serbiya, Bolqarıstan, Şimali Makedoniya, Albaniya) Bölmələrin sayı: 2 Əsas mövzular və nəticələr: Azərbaycanın yaşıl dünya gündəliyi və Balkanlar, Azərbaycan ilə Balkan ölkələri arasında ədəbi-mədəni əlaqələr.