“AZƏRBAYCANŞÜNASLIĞIN AKTUAL MƏSƏLƏLƏRİ: TƏDQİQAT, ELMİ DİSKURS, BEYNƏLMİLƏLLƏŞMƏ.” adlı beynəlxalq elmi konfrans

21-11-2024

2-3 may 2024-cü il tarixlərində BSU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş Azərbaycanşünaslığın aktual məsələlərinin öyrənilməsini hədəfləyən AZƏRBAYCANŞÜNASLIĞIN AKTUAL MƏSƏLƏLƏRİ: TƏDQİQAT, ELMİ DİSKURS, BEYNƏLMİLƏLLƏŞMƏ.” adlı növbəti beynəlxalq elmi konfrans keçirilib.

Konfransın adı: Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə. Yeni dövrün Azərbaycanı” XV beynəlxalq elmi konfrans.

Keçirilmə tarixi: 02-03.05.2024, 20.05.2024

Keçirilmə yeri: Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı 

Təşkilatçı: Bakı Slavyan Universiteti

Məruzəçilərin/iştirakçıların sayı:  196

Dəvət olunmuş əcnəbi ekspertlər: 8 (Türkiyə, Rusiya, Özbəkistan, Moldova, Gürcüstan, Polşa)
Bölmələrin sayı: 8
Əsas mövzular və nəticələr: Ǫərbi Azərbaycan: tarix və maarifçilik, Qərbi Azərbaycan tarixi-mədəni kontekstdə, Multikultural cəmiyyətlər: Azərbaycan modeli, Yeni dövrün çağırışları: gələcək üçün konturlar, Qarabağ və Şərqi Zəngəzur: Cənubi Qafqazın gələcəyi, COP29: İqlim üzrə beynəlxalq əməkdaşlıqda Azərbaycanın artan rolu, Qloballaşan dünyada Azərbaycanın iqtisadiyyatı və hüquq sistemi, Müasir dövrün filoloji təmayülləri.

Nəşrlər: Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə. Yeni dövrün Azərbaycanı” XV beynəlxalq elmi konfransın materialları (548 səh.).

KOnfrans_Azerbaycansunasliq_2024 
2024_CONFERENCE_PROGRAM