PRAKTIK RUS DILI VƏ ONUN TƏDRISI METODIKASI KAFEDRASI

Ünvan: Azərbaycan Respublikası, Bakı ş., S.Rüstəm küç., 25

III mərtəbə,  303-cü otaq

Tel.: (+994 12)599-08-70 (303)

E-mail: praktik-rus@tedris-bsu.org

 

Kafedranın müdiri: Qasımova Könül İsmayıl qızı  - dosent,  filologiya elmləri namizədi

     Kafedra 1946-cı ildə yaradılmış və müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. Praktik rus dili və onun tədrisi metodikası 2017-ci ildə, əvvəllər mövcüd olmuş Rus dili və mədəniyyətlərarasi kommunikasiya kafedrasının bazasında yaradılmışdır.

      Kafedrada “ İxtisas  dilinin oxu və nitq vərdişləri-I-II-III-IV-V”«Praktik rus dili», “Rus dilinin tədrisi metodikası”, “Nitq mədəniyyətinin əsasları”, “Kurikulumun əsasları”, “Ana  dilinin (rus dili)  tədrisi metodikası”, “Praktik rus dili”, “Linqvoölkəşunaslıq”, “Akademik yazı və oxu”, “İbtidai siniflərdə ana dilinin tədrisi nəzəri əsasları”,  “Ana dilinin tədrisinin tədqiqi və tədbiqi məsələləri”, “Seçmə fənn-II-III” fənləri tədris olunur. Kafedranın fəaliyyət dairəsi pedaqojı, ibtidai təhsil  fakültəsini, qiyabi, magistratura şöbələrini əhatə edir.

     Elmi istiqamətlər: Azərbaycan məktəblərində rus dilinin xarici dil kimi tədrisi metodikası; ali məktəblərdə rus dilinin xarici dil kimi tədrisi metodikası; linqvoölkəşunaslıq; nitq və pedaqoji təcrübələrin keçirilməsinin təkmilləşməsi; respublikanın ümumtəhsil məktəblərinin şagirdləri və yeni nəsil tələbələr üçün dərs vəsaitlərinin və dərsliklərinın hazırlanması.

     Hazırda 23 nəfərdən ibarət müəllim heyəti fəaliyyət göstərir.  Dosent - 12 nəfər, baş müəllim - 7 nəfər, müəllim - 4 nəfər  və laborant vəzifəsində - 1 nəfər çalışırlar.

 

İmtahan sualları

Ana dilinin tədrisi, tətqiqi və tətbiqi məsələlər

İxtisas  dilinin oxu və nitq vərdişləri. I kurs, I semestr

İxtisas  dilinin oxu və nitq vərdişləri. II kurs, III semestr

İxtisas dilinin oxu və nitq vərdişləri. III kurs, V semestr

Kurikulumun əsasları

Linqvoölkəşünasliq

Nitq mədəniyyətinin əsaslari

Rus dilinin TM-I. IIIkurs

Rus dilinin TM-II