AZƏRBAYCAN TARİXİ VƏ ICTIMAI ELMLƏR KAFEDRASI

     Azərbaycan tarixi və ictimai elmlər kafedrası 2007-ci ilin fevralında Tarix, Fəlsəfə və Politologiya kafedralarının bazasında yaradılıb.

     Elmi istiqamətlər:

     Azərbaycan tarixinin və mədəniyyətinin müxtəlif problemləri;
     Siyasi proseslərin əsas istiqamətləri;
     Müxtəlif dini və fəlsəfi sistemlərdə insan problemi;
     Siyasi fikir tarixinin problemləri (siyasət, tarix, mədəniyyət);
     Müasir siyasi proseslərin əsas istiqamətləri.

     Kafedra bakalavr və magistratura pillələrində tədris olunan fənlər: «Azərbaycan tarixi», «Avropa və Amerika ölkələri tarixi», «Asiya və Afrika ölkələri tarixi», «Türk xalqları tarıxi», «Fəlsəfə», «Məntiq», «Din tarixi», «Estetika», «Azərbaycan Respublikasının Konstitusiyası», «Region ölkəsinin siyasi sistemi və xarici siyasəti (Azərbaycan, Türkiyə, Ukrayna, Bolqarıstan, Rusiya, Yunanıstan, Polşa, Çexiya)», «Beynəlxalq hüququn əsası və Region ölkəsinin hüquq sistemi (Azərbaycan, Türkiyə, Ukrayna, Bolqarıstan, Rusiya, Yunanıstan, Polşa, Çexiya)», «Politologiya», «Sosiologiya», «Dünya siyasəti», «Müasir inteqrasiya prosesləri», «Regional inteqrasiya prosesləri», «Region hüququnun aktual problemləri».