TÜRKOLOGİYA KAFEDRASI

       

     Türkologiya kafedrası 2001-ci ildən fəaliyyət göstərir. Kafedranın yaradılmasında əsas məqsəd azərbaycançılıq və türkçülük ideyaları ilə nəzəri cəhətdən formalaşmış milli kadrlar yetişdirməkdir. Kafedra gələcəyin peşəkar müəllim və türkoloqlarını hazırlayır.
Kafedranın fəaliyyət dairəsi filologiya fakültəsini, beynəlxalq münasibətlər və regionşünaslıq, pedaqoji və tərcümə fakültələrini, qiyabi şöbəni və magistratura şöbəsini əhatə edir. Türkologiya kafedrası geniş fəaliyyətə malik strukturlardan biri olmaqla yanaşı, bakalavr və magistr pillələrində dərslər aparır.
   Kafedra bakalavr və magistratura pillələrində tədris olunan fənlər: «Türkologiyaya giriş», «Türk dillərinin müqayisəli qrammatikası», «Üslubiyyat», «Qədim türk yazılı abidələrinin dili», «Dilin tarixi», «Dialektologiya», «Ritorika», «Əski əlifba», «Dildən xüsusi kurs», «Azərbaycan dilinin onomastikası», «Azərbaycan dilinin üslubiyyatı», «Mətn dilçiliyi», «Linqvopoetika». Kafedrada «Gənc Türkoloqlar» dərnəyi fəaliyyət göstərir.