DİPLOMATİYA VƏ XARİCİ SİYASƏT KAFEDRASI

     2008-ci ilin oktyabrında BSU-nun strukturunda dəyişikliklərlə bağlı Beynəlxalq münasibətlər kafedrasının bazasında Diplomatiya və xarici siyasət kafedrası yaradılmışdır. Diplomatiya və xarici siyasət kafedrası yarandığı gündən BSU-nun elmi və ictimai fəaliyyətində yaxından iştirak etmişdir. Müxtəlif elmi istiqamətlər üzrə (xarici siyasət, diplomatiya, beynəlxalq hüquq və s.) tədris prosesi kafedranın yüksək ixtisaslı professormüəllim heyəti tərəfindən həyata keçirilir. Onlar tələbələrə gələcək peşə fəaliyyətləri üçün zəruri olan nəzəri və praktiki bilikləri aşılamaq üçün lazımi işgüzar keyfiyyətlərə malikdir. Kafedrada, həmçinin tədrisin keyfiyyətinin daha da artırılması məqsədilə Azərbaycan          Respublikası Xarici İşlər Nazirliyi ilə sıx əməkdaşlıq həyata keçirilir.
Kafedranın elmi istiqamətləri:
Diplomatiya tarixi.
Diplomatiya .
Xarici siyasət.
Milli təhlükəsizlik.
Beynəlxalq hüquq.
Azərbaycanın xarici siyasəti.
Beynəlxalq insan hüquqları.
     Kafedrada bakalavr və magistratura pillələrində tədris olunan fənlər:
«Azərbaycanın xarici siyasəti», «Beynəlxalq xüsusi hüquq», «Beynəlxalq ümumi hüquq», «Diplomatik və konsulluq xidməti», «Dövlət və hüquq nəzəriyyəsi», «Diplomatik protokol», «Milli təhlükəsizlik nəzəriyyəsi», «Rusiyanın xarici siyasəti», «Beynəlxalq insan hüquqları», «Müasir diplomatiya», «Region ölkəsinin (Azərbaycan, Rusiya, Türkiyə) beynəlxalq münasibətləri», «Hüquq və turizm fəaliyyətinin hüquqi əsasları», «Müasir beynəlxalq münasibətlərdə enerji diplomatiyası», «Müasir Qafqaz siyasəti», «Azərbaycan diplomatiya tarixi», «Azərbaycan Respublikasının Milli təhlükəsizliyinin əsasları», «Avropa ölkələrinin xarici siyasəti», «Azərbaycan və beynəlxalq təşkilatlar», «Diplomatik və konsulluq hüququ», «Azərbaycan Respublikasının diplomatiyası», «Beynəlxalq müqavilələr», «Beynəlxalq danışıqlar», «Beynəlxalq mübahisələrin dinc həlli vasitələri», «Xarici ölkələrin diplomatik və konsulluq xidməti», «Diplomatik sənədlər və yazışmalar», «Regional beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti», «Regionda diplomatik xidmət», «Regional milli təhlükəsizlik», «Azərbaycanın Şərq diplomatiyası», «ABŞ-ın Cənubi Qafqaz siyasəti».
     Kafedranın nəzdində «Gənc diplomat» tələbə elmi dərnəyi fəaliyyət göstərir. «Gənc diplomat» tələbə elmi dərnəyi il ərzində bir neçə dəfə tələbələrin iştirakı ilə diplomatiya və xarici siyasətin aktual problemlərinin müzakirəsi ilə bağlı mütəxəssislər cəlb olunmaqla tədbirlər keçirir.