TƏRCÜMƏ NƏZƏRİYYƏSİ VƏ PRAKTİKASI KAFEDRASI

     Tərcümə nəzəriyyəsi və praktikası kafedrası 1984-cü ildən fəaliyyət göstərir. Kafedra rus dilindən Azərbaycan dilinə tərcümənin nəzəri və praktiki əsaslarının tədrisi, tərcümə işinin elmi-praktik əsaslarını formalaşdırmağa kömək edən rus və Azərbaycan dillərinin müqayisəli şəkildə öyrənilməsi ilə məşğul olur.
     Kafedranın əsas elmi istiqamətləri:
Peşəkar tərcümənin əsasları istiqamətində araşdırmalar.
Müqayisəli dilçilik və müqayisəli ədəbiyyat sahəsinə dair tədqiqatların aparılması.
Şifahi, Bədii publisistik, elmi-texniki və rəsmi-işgüzar tərcümənin araşdırılması.
Tərcümənin tarixi və metodologiyasının araşdırılması.
Tərcümənin müasir problemlərinin araşdırılması.
     Kafedra bakalavr və magistratura pillələrində tədris olunan fənlər: «Peşəkar tərcümənin əsasları», «Tərcümə nəzəriyyəsi», «Yazılı tərcümə», «Tərcümə məharəti (bədii, ictimai-siyasi, elmi-texniki, şifahi tərcümə və s.)», «Sənədləşdirmə və terminologiya», «Yazılı mətnin şifahi tərcüməsi», «Şifahi tərcümə», «İxtisas dilinin nəzəri kursu», «Xüsusi kurs və seminarlar», «Ali məktəblərdə tərcümənin tədrisinin metodikası», «Tərcümənin nəzəri əsasları», «Tərcümənin tarixi və metodologiyası», «Tərcümənin müasir problemləri», «Bədii nəsrin tərcümə xüsusiyyətləri», «Poetik tərcümənin xüsusiyyətləri», «Publisistik tərcünənin xüsusiyyətləri».

 

İmtahan sualları

Последовательный перевод и технология переводческих записей

Теория Перевода

Устный перевод

Ardıcıl tərcümə və qeydgötürmə texnikası

İxtisas dilinin (yunan dili) eşidib və nitq vərdişləri

İxtisas ölkəsinin dil (yunan) ünsiyyət və nitq mədəniyyəti

Müqayisəli qrammatika Tərcümə nəzəriyyəsi və praktikası

Şifahi tərcümə - III kurs

Tərcümə nəzəriyyəsi və müqayisəli qrammatika - III kurs

Tərcümə nəzəriyyəsi və müqayisəli qrammatika

Tərcümə nəzəriyyəsi

Yazılı mətnin şifahi tərcüməsi - III kurs

Yazılı mətnin şifahi tərcüməsi

Yunan dilinin oxuyub anlama və yazı vərdişləri