TİBBİ BİLİKLƏRİN ƏSASLARI VƏ MÜLKİ MÜDAFİƏ KAFEDRASI

 

Yaranma tarixi: 1950-ci il

 

Kafedra müdiri: Sultanova Nigar Əli qızı- dosent.

Kafedranın akademik heyəti:  1- dosent, 1- b.ü.f.d., 6 - baş müəllim, 6 - müəllim.

 

Kafedranın əsas məqsədi: Tibbi biliklərin əsasları və mülki müdafiə, Mülki müdafiə və ilkin tiibi yardım, Mülki müdafiə, Uşaq anatomiyası, yaş fiziologiyası və gigiyenası  fənlərinin Universitetin  fakültələrində ayrı-ayrı ixtisaslar üzrə azərbaycan və rus dillərində tədris edilməsidir.

         

 Kafedranın fəaliyyət istiqamətləri:

  • Tələbələrə ilk tibbi yardımın göstərilməsi bacarıqları, tibbi-gigiyenik tərbiyə və minimum tibbi biliklərə yiyələnməsi ;
  • Fövqəladə hallar şəraitində tibbi yardım göstərilməsi üzrə praktik işlər, xəstələrə və zədələnmişlərə qulluq;
  • Azərbaycan Respublikasının müdafiəsi uğrunda tələbələrin məsuliyyətini artırmaq üçün onların arasında hərbi vətənpərvərlik tərbiyəsini yüksəltmək; müdafiə üsulları və daimi tibbi yardım göstərməyə hazır olan mütəxəssislər hazırlamaq;
  • Çalışacağı təşkilat üzvləri arasında səhiyyə maarifi işi aparmaq, həmkarların və şagirdlərin səhhətində baş verən dəyişiklikləri, xəstəlik əlamətlərini vaxtında aşkarlayıb, lazımi tədbirlər görmək bacarığına malik olamalıdır.

 

Tədris olunan fənlər:

  • Tibbi bilikərin əsasları və mülki müdafiə
  • Mülki müdafiə və ilkin tibbi yardım
  • Mülki müdafiə
  • Uşaq anatomiyası, yaş fiziologiyası və gigiyenası