RİYAZİYYAT VƏ İNFORMATİKA KAFEDRASI

       Riyaziyyat və informatika kafedrası 1997-ci ildən yaradılmışdır.
     Riyaziyyat və informatika kafedrasında iki istiqamətdə «RTM-in bəzi məsələləri» və «İKT sahəsində» elmi işlər aparılır: Kafedrada müntəzəm olaraq elmi metodik seminarlar keçirilir. Kafedra müəllimləri həm universitetdaxili, həm də respublika əhəmiyyətli konfranslarda elmi məqalə və tezislərlə çıxış etmişlər.
     Kafedra bakalavr və magistratura pillələrində tədris olunan fənlər: «Təlimdə informasiya texnologiyaları», «İnformatika», «Riyaziyyat», «Təlim prosesində kompüter texnologiyasından istifadə», «Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları», «Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası», «İnformatika və onun tədrisi metodikası», «Riyaziyyatdan seçmə fənn», «Informatika və kompüter texnologiyası», «Kompüter tərcümə proqramları», «İnformatika və təhsildə İKT», «Ehtimal nəzəriyyəsi və riyazi statistika», «Riyaziyyatın ibtidai kursunun tədrisi, tədqiqi və tətbiqi», «Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları».