Pedaqogika və psixologiya kafedrası 1946-cı ildən fəaliyyət göstərir.
Kafedranın elmi istiqamətləri:
- Təlim-tərbiyənin nəzəriyyəsi və praktikası;
- Təhsil və pedaqoji fikrin tarixi;
- Pedaqogikanın müasir problemləri;
- Yaradıcılıq pixologiyası;
- Psixologiyanın müasir problemləri.
Kafedrada bakalavriat və magistratura pillələrində aşağıdakı fənlər tədris olunur. Pedaqogika bölməsi üzrə: “Pedaqogika”, “Pedaqogika tarixi”, “Ümumi pedaqogika”, “Ali məktəb pedaqogikası”, “Pedaqoji fikir tarixi” , “Sosial pedaqogika”, “Pedaqogikanın müasir problemləri” “Təhsilin idarə edilməsinin əsasları”, “Pedaqoji ustalığın əsasları” və s.
Psixologiya bölməsi üzrə: “Ümumi psixoloqiya”, “Təlim psixologiyası”, “Etnopsixologiya”, “Yaş və pedaqoji psixologiya”, “Sosial psixologiya”, “Klinik psixologiya”, “Ümümi psixologiya”, “Psixopedaqogika”, “Ailə psixologiyası” və s.
2015-ci ildən kafedranın nəzdində “Sosial Psixoloji Xidmət mərkəzi” və “Psixoloqlar klubu” fəaliyyət göstərir.
Elektron resurslar
Əmrulla Paşayev və Fərrux Rüstəmov - Pedaqogika
Ağahüseyn Həsənov və Əjdər Ağayev - Pedaqogika
Firədun İbrahimov və Rüfət Hüseynzadə - Pedaqogika_I_cild
Firədun İbrahimov və Rüfət Hüseynzadə - Pedaqogika_II_cild
Gülarə Babayeva - İbtidai təhsilin nəzəri-metodik əsasları
Nurəddin Kazımov - Ali məktəb pedaqogikası