Bakı Slavyan Universitetində “Burn out” sindromunun insan həyatının keyfiyyətinə təsiri mövzusunda ixtisasyönümlü seminar keçirilib

Mayın 15-də Bakı Slavyan Universitetinin Karyera xidməti şöbəsinin təşkilatçılığı ilə BSU-nun Təhsildə sosial-psixoloji xidmət, Psixologiya və Korreksiyaedici təlim ixtisaslarında təhsil alan tələbələri üçün "Burn out” sindromunun insan həyatının keyfiyyətinə təsiri mövzusunda ixtisasyönümlü seminar keçirilib. Seminarda mentor spiker olaraq Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov çıxış edib. Elnur Rüstəmov müasir dövrün ən aktual problemlərindən biri olan "Emosional Yanma" barədə tələbələri məlumatlandırıb.