Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev və Belarus Respublikasının Minsk Dövlət Linqvistik Universitetinin rektoru Natalya Lapteva arasında görüş keçirilib

Mayın 15-də Bakı Slavyan Universitetində (BSU) rektor Anar Nağıyev və Belarus Respublikasının Minsk Dövlət Linqvistik Universitetinin rektoru Natalya Lapteva arasında görüş keçirilib. Görüşdə Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi İvan Xlebakazov da iştirak edib.

 Görüş zamanı BSU-nun Belarus Respublikasının aparıcı ali təhsil müəssisələri, habelə Minsk Dövlət Linqvistik Universiteti ilə təhsil və tədqiqat sahəsində əməkdaşlıq məsələləri barədə danışıqlar aparılmış, ikili diplom layihəsi, professor-müəllim heyətinin təcrübə mübadiləsi, yay məktəblərinin təşkili, birgə dərs vəsaitlərinin hazırlanması, konfrans və forumların təşkili, tələbələrarası mobilliyin təmini, gənc kadrların ixtisasaratırma təlimlərinin təşkili və s. kimi məsələlər müzakirə olunub.

Qeyd etmək lazımdır ki, hər iki ali təhsil müəssisəsində qarşılıqlı olaraq BSU-da “Belarus tədris-mədəniyyət mərkəzi”, Minsk Dövlət Linqvistik Universitetində isə “Azərbaycan dili və mədəniyyəti mərkəzi” fəaliyyət göstərir.