BSU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan "Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda keçirilən dəyirmi masada Azərbaycan Respublikası Milli Məclisinin deputatları Elman Nəsirov, Afət Həsənova, Jalə Əhmədova və Fatma Yıldırım iştirak ediblər.

Mayın 10-da Bakı Slavyan Universitetində (BSU) BSU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan "Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda keçirilən dəyirmi masada Azərbaycan Respublikası Milli Məclisinin deputatları Elman Nəsirov, Afət Həsənova, Jalə Əhmədova və Fatma Yıldırım iştirak ediblər.

 

Tədbirin  açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən söz açıb. O, Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin formalaşmasındakı müstəsna fəaliyyətinin bugünkü nailiyyətlərlə dolu Azərbaycanın 90-cı illərin ortalarından etibarən istiqamətlənmiş siyasi kursunun uzaqgörən siyasətinin nəticələri olduğunu qeyd edib. Rektor, müstəqilliyin ilk illərində Azərbaycanı ağır iqtisadi və sosial durumdan çıxaran Ulu Öndər Heydər Əliyevin dərin siyasətinin fəlsəfəsi haqqında fikirlərini dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıb. "Azərbaycan dövlətçiliyinin sağlam təməllərinin əsasını qoyan, onu dünya xəritəsində sayılıb-seçilən dövlətlər sırasına daxil edən və öz sözünü deməyə qadir olan müstəqil dövlətə çevirən Ümummilli Lider Heydər Əliyev həyatının hər anında Azərbaycan xalqını düşünürdü"- deyə rektor Anar Nağıyev bildirib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirov Heydər Əliyevin dövlətçilik ideologiyası və Azərbaycanda müstəqil dövlətin qurulması mövzusunda çıxış edərək Ümummilli Liderin siyasi fəaliyyətinə nəzər salıb, Heydər Əliyevin liderlik missiyasından, dünya şöhrətli siyasətçinin zəngin siyasi, dövlətçilik və mənəvi irsindən bəhs edib.

 

“Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur” mövzusunda çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının yaranma tarixindən bəhs edərək, partiyanın yaranması ilə ölkənin ictimai-siyasi həyatında yeni bir siyasi mədəniyyətin formalaşdığını qeyd edib. V.Rəhimzadə Ulu Öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, sabahın partiyasıdır” fikrini xatırladaraq bu gün onun təkcə ölkədə deyil, regionda, eləcə də dünyada aparıcı siyasi təşkilatlardan biri olduğunu vurğulayıb.

 

 “Azərbaycan multikulturalizmi birgə yaşayışın unikal nümunəsi kimi” mövzusunda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Afət Həsənova multikulturalizmin Azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi qəbul edildiyini söyləyib. Deputat çıxışında Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni və dini dəyərlərinin qorunmasının demokratiyanın mühüm prinsipi olan insan hüquqları və azadlıqlarını ehtiva etdiyini bildirib. Afət Həsənova  həmçinin ölkəmizin insan haqları və milli azlıqların müdafiəsi ilə bağlı bir çox beynəlxalq konvensiyalara qoşulması haqqında danışıb.

 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Jalə Əhmədova “Heydər Əliyev və dünya siyasəti” mövzusunda çıxış edərək Heydər Əliyevin xarici münasibətlərin bərpasında atdığı həlledici addımlardan bəhs edib.

 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fatma Yıldırım “Yeni dövrün Azərbaycanı” mövzusunda məruzə edərək, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi ən böyük dəyərin ali baş komandan İlham Əliyevin olduğunu və onun davamçısı kimi İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Respublikasının güclü inkişaf yolu keçdiyini və bu gün Cənubi Qafqazın lider dövlətlərdən birinə çevrildiyi faktını vurğulayıb,  44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın göstərdiyi geostrateji reallıqdan və bu reallığın bütün kordinalları müsbət yöndə dəyişməsindən danışıb.

 

Çıxış edən natiqlər Ulu Öndərin bütün mənalı ömrünü Azərbaycanın işıqlı gələcəyinə həsr etdiyini bildirib. Vurğulanıb ki, tarixin son dərəcə çətin dönəmində, 1990-cı illərin əvvəllərində, Azərbaycanın yenicə bərpa edilmiş dövlət müstəqilliyi ilk addımlarını atarkən Ulu Öndərin xilaskarlıq, quruculuq, yurdun və xalqın sabahı üçün möhkəm təməllər yaratmaq yolunda fədakar çalışması və mübarizəsi ölkəmizi çətin sınaqlardan üzüağ çıxardı.
Onlar öz çıxışlarında müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının yaradılması Ulu Öndərin adı ilə bağlı olduğunu, bu əsaslar güclü iqtisadiyyat, ordu quruculuğu və peşəkar xarici siyasətə söykəndiyini, məhz bu istiqamətlərdə həyata keçirilən uzaqgörən siyasət Azərbaycanın sonrakı uğurlarının və Vətən müharibəsindəki Qələbəmizin əsasını qoyduğunu vurğulayıblar. Bildirilib ki, bu gün Ulu Öndərin Azərbaycan xalqı üçün ən böyük yadigarı onu işıqlı gələcəyə aparan Prezident İlham Əliyevdir. Ulu Öndərin Azərbaycanın gələcəyini əmanət etdiyi müasir gənclik isə daim bu əbədi irsi öyrənərək gələcək yollarını sağlam təməllər üzərində qurmağı bacarmalıdır.



Heydər Əliyevin ekstremal vəziyyətlərdə qərar qəbul etmək qabiliyyətindən BSU-nun əməkdaşı professor Əsgər Əhməd Ulu öndər bütün xarici səfərlərində Qarabağ problemini qaldırmasından və bugünkü qələbəmizin əsasının məhz Heydər Əliyev tərəfindən qoyulmasından bəhs edib. Professor Piralı Əliyev Heydər Azərbaycan təhsilini inkişafında misilsiz rolundan bəhs edib. Alim bugünkü tədbirin 2-3 may tarixlərində BSU-da təşkil olunan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə - Yeni dövrün Azərbaycanı” XV beynəlxalq elmi konfransın davamı olaraq qiymətləndirib.

 

Dəyirmi masa müzakirələrlə davam edib.