BSU-nun Türkiyənin Qars Qafqaz Universiteti ilə əməkdaşlığı çərçivəsində yaz semestrində tələbə mübadiləsi həyata keçirilib

Bakı Slavyan Universitetinin Türkiyənin Qars Qafqaz Universiteti ilə əməkdaşlığı haqqında razılaşmaya əsasən yaz semestrində tələbə mübadiləsi həyata keçirilib və BSU-nun Qərbi Avropa dilləri fakültəsinin Regionşünaslıq (Türkiyə üzrə) ixtisasında təhsil alan 4-cü tədris ili tələbəsi Elxan Verdiyev Qafqaz Universitetində istehsalat təcrübəsi keçmək hüququ qazanıb

 

Bakı Slavyan Universitetinin Türkiyənin Qars Qafqaz Universiteti ilə əməkdaşlığı haqqında razılaşmaya əsasən yaz semestrində tələbə mübadiləsi həyata keçirilib.

 

Mübadilə çərçivəsində BSU-nun QərbiAvropa dilləri fakültəsinin Regionşünaslıq (Türkiyə üzrə) ixtisasında təhsil alan 4-cü tədris ili tələbəsi Elxan Verdiyev Qafqaz Universitetində istehsalat təcrübəsi keçmək hüququ qazanıb.

 

BSU-nun bir sıra ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq etməkdə məqsədi tələbələrimizin dünyagörüşlərinin daha geniş inkişafına şərait yaratmaq, müasir tendensiyalardan xəbərdar olan məzunlar yetişdirmək və gələcək əmək bazarının tələblərinə cavab verən peşəkar kadrlar hazırlamaqdır.

 

Qeyd edək ki, 30 aprel-31 may 2024-cü il tarixində Qafqaz Universitetində müvafiq ixtisasda istehsalat və pedaqoji təcrübə keçən tələbəmiz bu ali təhsil müəssisəsi tərəfindən tam təchizatlı qonaq evi ilə təmin olunub.