BSU-da yeni ixtisaslar açılır

 
 
Bakı Slavyan Universitetində (BSU) 2023/2024-cü tədris ili üçün bakalavriat səviyyəsinə dörd yeni ixtisas - "Politologiya"(Rus bölməsi), “Tarix müəllimliyi”(Rus bölməsi), "Tərcümə" (rus dili-türk dili) ( Rus bölməsi) , "Filologiya" (türk dili və ədəbiyyatı)-(Azərbaycan bölməsi) ixtisaslarına tələbə qəbulu həyata keçiriləcək.
 
Bununla da, BSU-da bakalavriat səviyyəsində tələbə qəbulu aparılan ixtisasların sayı artaraq 18 olacaq.
 
Eyni zamanda, magistratura səviyyəsində bir yeni ixtisas - “Menecment” (təhsil sahəsi üzrə)-( Azərbaycan bölməsi) ixtisasına qəbul aparılacaq.