BSU-da 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir

Bakı Slavyan Universitetində ( BSU) imtahan sessiyası davam edir. BSU-nu 40 il öncə bitirən bir qrup məzunu rektor Anar Nağıyevlə birlikdə universitetin əsas binasında təşkil olunan mərkəzləşdirilmiş formada keçirilən imtahan sessiyası ilə tanış olub və imtahanların gedişini izləyiblər.