BSU-da “Heydər Əliyev” ili çərçivəsində "Liderlik məktəbi" təlimlərinə start verilib

Mayın 17-dən Bakı Slavyan Universitetində (BSU) Təhsil fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Liderlik məktəbi" təlimlərinə start verilib.

4 mərhələdən ibarət olan bu təlim 2 həftə ərzində,  həftənin III və V günləri saat 11:30 -dan 13:00-a qədər Heydər Əliyev mərkəzində baş tutacaq.