BSU-da “Azərbaycan Oxucuları” Kitab Klubunun üzvləri tələbələrlə görüşüb

Mayın 17-də Bakı Slavyan Univrsitetində (BSU) “Azərbaycan Oxucuları” Kitab Klubunun üzvləri tələbələrlə görüşüb.

Tədbirdə açılış nitqi ilə çıxış edən Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova tədbirin tələbələr arasında mütaliə vərdişlərinin aşılanması baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

“Azərbaycan Oxucuları” Kitab Klubunun ideya müəllifi və təsisçisi Yasin Məmmədov geniş təqdimatla çıxış edib. Klubun yaranma tarixi, məqsədləri, layihələri və üzvlük prosesi barədə məlumat verib.

Sonda tələbələrlə fikir mübadiləsi aparılıb.